Telefon mərkəzi Operatoru vəzifəsi üzrə vakansiya

PAŞA Kapital İnvestisiya Şirkəti QSC namizədləri Telefon mərkəzi Operatoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Biz dünyanı daha yaxşı, həlləri daha stabil və müştəriləri daha çox məmnun etmək istəyən kreativ, istedadlı gənc mütəxəssislər axtarışındayıq. Sizin rolunuz Siz tez bir zamanda məlumat əldə etməyə, problemi həll etməyə və ya telefonla sifariş verməyə kömək edən mütəxəssissiniz. Siz müştərinin tapşırığını aşkar edən və zəngi bu vəziyyətdə səlahiyyətli işçiyə ötürən bir mütəxəssissiniz. Siz Şirkətimiz və müştərilərimiz arasında əsas vasitəçisiniz. Vəzifə və öhdəliklər · Daxil olan zənglərin vaxtında cavablandırılması və yönləndirilməsi; · Müştərilərin sorğularının cavablandırılması; · Müştərilərə İnvestisiya şirkətinin məhsul və xidmətləri haqqında məlumatların verilməsi; · Görülən işlə bağlı hesabatların hazırlanması. Tələblər · Ali təhsil; · Səlis və aydın danışıq qabiliyyəti, yaxşı diksiya; · Təzyiq altında işləmə, yüksək ünsiyyətqurma və dinləmə bacarığı; · Dəqiqlik və operativlik; · Fərdi və komanda tərkibində işləmə bacarığı; · Potensial müştəri ilə ünsiyyətdə satış bacarığı; · İş təcrübəsi – 1 ildən 3 ilə qədər; · Dil bilikləri: Azərbaycan və İngilis dili - əla, Rus dili – əla/yaxşı; · Kompüter bilikləri – MS Office. Biz fərqliyik, tezliklə bizə qoşulun! Bizim komandaya qoşulmaq üçün CV-nizi vakansiya başlığını qeyd etməklə [email protected] ünvanına göndərin.
____________________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az