Təlim koordinatoru – Keyfiyyət üzrə menecer vakansiyası

Şirkətin adı: “Honours Academy
Vəzifə: Təlim koordinatoru – Keyfiyyət üzrə menecer

Namizədə tələblər

– Müştərilərlə iş, Təlim kordinasiyası, üzrə Ali təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübə
– Yaş: 22-35
– İş təcrübəsi: minimum 1 il
– Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı səviyyədə)
– Komanda ilə işləmək bacarığı
– Stressə davamlı və öyrənməyə maraqlı,
– Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyəti,
– Diqqətli və Operativ olması
– Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı

İş barədə məlumat

– Təlim prosesinin koordinasiya olunması;
– Təlimçilərlə təlim qrafiklərinin müzakirəsi və idarə edilməsi;
– Təlimlərdə passiv izləyici qismində iştirak edərək önəmli qeydlərin aparılması;
– Təlim prosesinin aktlaşdırılması;
– Təlim iştirakçıları ilə mütəmadi iş, təlimə gecikmə, iştirak etməmə və s. arzuolunmaz halların qeydiyyatı;
– Təlimçilərin dərs keyfiyyətinin yoxlanılması;
– Yeni təlim növlərinin bazar ehtiyacına uyğun olaraq araşdırılması və təklif olunması;
– İstiqamət üzrə yeni təlimçilərin cəlb olunması;
– Təlim və digər proseslərlə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatların və məlumatın verilməsi;

Əməkhaqqı

– Müsahibə əsasında təyin olunacaq.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Təlim koordinatoru – Keyfiyyət üzrə menecer” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını [email protected] ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button