TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ! SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzi (QRTM), Kadr hazırlığının təşkili Mərkəzi (KHTM) , Qala Təlim Tədris Mərkəzi (QTTM) və Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə aşağıdakı şərtlərə cavab verən gənclər iştirak edə bilərlər:
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • 01.12.2021-ci il tarixinədək 29 yaşı tamam olmamalı;
  • Orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ya ən azı tam orta təhsili olmalı (hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər).
  • Hərbi bileti olmalı (“Atıcı” peşəsi üzrə müraciət edənlər həqiqi hərbi xidmət keçmiş olmalı, digər peşələr üzrə həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq).
  Qeyd 1:Tədrisi STTM-də təşkil olunan peşələr üzrə Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olanların (həmin ərazilərdə məskunlaşmış məcburi köçkünlər də müraciət edə bilər) müraciətlərinə üstünlük veriləcəkdir. Qeyd 2: Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların hər hansısa birinin pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaqdır. Qeyd 3:Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş amma üzrsüz səbəbdən oxumaqdan imtina etmiş namizədlər müraciət edə bilməzlər. Qeyd 4: Orta ixtisas və ilk peşə təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.   Qəbul həyata keçirilən peşələr:

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az