5 İyul 10:06

Təlim və inkişaf üzrə menecer vakansiyası

Vəzifənin adı : Təlim və inkişaf üzrə menecer

Namizədə dair tələblər:

– Ali təhsilli, xanım namizədlər;

– Azərbaycan Respublikası Əmək Məcəlləsini mükəmməl bilməli;
– Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
– Azərbaycan, ingilis və ya rus dilini səlis bilmək (yazılı və şifahi)
– Kompüter istifadə etmək bacarığı (Outlook, MS Word), MS Excel proqramını mükəmməl bilməsi tələb olunur;
– Güclü təşkilati bacarıqlar;
– Güclü ünsiyyət və danışıq aparmaq bacarığı;
– Vəzifələrin icrası üçün çalışqan olmaq;
– Komanda daxilində işləmək istəyi və bacarığı;
– Çox sayda tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı;
– Təşkilatın missiyasına sadiqlik;
– Yaş : 25-35;

İş barədə məlumat:

– Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən etmək;
– Təşkilatının təlim strategiyasının formalaşdırmaq;
– Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
– İşə yeni qəbul olunan işçilər üçün tanışlıq sessiyaları keçirmək və iş yerində təlimlər aparmaq;
– Şirkətdaxili və xarici təlimlərin təşkil etmək;
– Təlim proqramlarının və təlimçilərin effektivliyini qiymətləndirmək, təkmilləşmə üçün tövsiyələr vermək;
– Şirkət əməkdaşları üçün davamlı texniki təlimlər və fərdi inkişaf kursları təşkil etmək və ya keçirmək;
– Çoxpilləli qiymətləndirmə sistemini yaradaraq və tətbiq edərək əməkdaşların işinə treyninqin verdiyi töfhəni qiymətləndirmək;
– İşçilər üçün təlim kitabçaları və materialları, multimedia əyani vəsaitləri və digər tədris materiallarını hazırlamaq;
– Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Şirkətin qarşıya qoyduğu  məqsədlərinə nail olması üçün daim çalışmaq;
– Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisənin əməkdaşlarının vəzifə təlimatlarının hazırlanması və müəsissədə tətbiq olunması
– Bütün fəaliyyətini Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.
– İş qrafiki : 5 gün (09:00-18:00), 6-cı gün (09:00-15:00);
– İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;

Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz.

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı –   [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (Təlim və inkişaf üzrə menecer Edumap.az) yerinə vakansiya adı yazılmalıdır.

 

Bəyən və paylaş