Bazar ertəsi, 4 Avqust, 2025

“Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə tədris aparmaq üçün müəllim


  • Dərc edildi: 27 Oktyabr, 2021 - 06:38
“Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə tədris aparmaq üçün müəllim

ARTİ “SABAH Magistratura” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrində tədris aparmaq üçün müəllimləri əməkdaşlığa dəvət edir.
“Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:
- Sosial elmlərdə statistika və data analizi
- Təhsildə keyfiyyət təminatı
- Qiymətləndirmə
- Təhsil müəssisələrində təşkilati davranış
- Sinfin idarəolunması
Namizədlərə dair tələblər:
- Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);
- Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
- İKT resurslarından sərbəst istifadə bacarıqları;
- İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.
Müsabiqədə iştirak etmək istəyən namizədlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaqlar.
Müraciət üçün son tarix: 15 noyabr 2021-ci il, saat 23:59

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5567
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 966
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 342
“İnnovativ məktəb” l...