27 Fevral 18:31

Təlimçilik Akademyasına qeydiyyat başladı

– Uşaqlıqdan təlimçi olmaq arzusundasınız?
– Sizin əslində təlimçilik və təqdimat bacarıqlarınız var, amma auditoriya qarşısına çıxa bilmirsiniz?
– Öz sahənizdə professional təlimçilik karyeranızı qurmaq istəyirsiniz?
– İntellektualsınız, beyninizdə çoxlu sayda bilik və məlumatlar var, amma onlardan heç cürə pul qazana bilmirsiniz?
– Professional təlimçiliyin sirlərinə bələd olub ölkədə və beynəlxalq aləmdə tanınmaq arzusundasınız?

Elə isə sizlər üçün Mentorman Coaching, NR Academy və TOT Academy tərəfindən silsilə formada təşkil etdiyimiz professional təlimçilik treyninqlərimizə qoşulun. Bütün bu sualların cavablarına yiyələnin və professional təlimçi olun.

Əgər siz də öz sahəniz üzrə təlimçi olmaq və komplekslərinizi – həyəcanınızı dəf edib auditoriya qarşısına çıxmaq istəyirsinizsə, bu proqramı qaçırmayın.

TOT proqramı artıq 10 dəfə öz sahəsi üzrə təlimçi olmaq istəyənlər üçün uğurla təşkil edilmiş və 110 – dən çox təlimçi məzunu vardır.

Bu təlimçilik proqramı sizə qısa müddətdə təlimçilik bacarıqlarınızı artırmağa, çoxsaylı effektiv təlimçilik metod, bacarıq, texnikalarına yiyələnməyə imkan verəcək. Siz bu proqram ərzində korporativ və fərdi təlimçiliyin əsas özəlliklərini bu sahədə zəngin təcrübəsi olan mütəxəssislərin köməyi ilə öyrənə bilərsiniz.

Təlim proqramına 8 təlim modulu daxildi. Təlimlər ancaq hər gün 2 təlim olmaqla, həftəsonları (Şənbə və Bazar günləri) keçiriləcək. Proqramın sonunda məzun olmuş təlimçi iştirakçılara ölkə əhəmiyyətli sertifikat və təlim keçmək üçün pulsuz təşkilati və media dəstəyi veriləcək.

Təlimdən nələr əldə edəcəksiniz?
⚪ 20 saatlıq real nəzəri və praktik təlim proqramı;
⚪ Ölkə əhəmiyyətli sertifikat;
⚪ Kofe – breyk servisi;
⚪ Praktik məşğələlər və workshoplar
⚪ Səmimi bir ortam,
⚪ Yeni dostluqlar və tanışlıqlar;
⚪ Professional təlimçiliyin sirləri;
⚪ Effektiv təlimçilik bacarıqları və texnikaları;
⚪ Maraqlı və kreativ ideyalar;
⚪ Təlim və seminarlar vermək üçün təşkilati və media dəstəyi;
⚪ Təlimçiliklə bağlı bir sıra referanslar və ədəbiyyat siyahıları və daha nələr nələr…

Bu təlim proqramına kimlər gələ bilər?
Gələcəkdə TƏLİMÇİLİK sahəsində öz karyerasını qurmaq istəyənlər, eləcə də təlimçi biznesini formalaşdırıb inkişaf etdirmək istəyən hər bir şəxs

O cümlədən:
🔹Çalışdığı sektordan asılı olmayaraq hər bir biznesmen/sahibkar
🔹 Öz sahəsində təlimçi karyeralarını qurmağı arzulayanlar;
🔹 Təlimçilik Dünyasına yenicə “qədəm qoyanlar”
🔹 Xidmət və məhsullarını təqdimatını edənlər (prezentasiya)
🔹 Rəhbər işçilər;
🔹 Top-menecerlər;
🔹 Satış menecerləri,
🔹 PR və Reklam menecerləri,
🔹 HR mütəxəssislər,
🔹 Marketinq menecerləri
🔹 Media işçiləri
🔹 Məsləhətçilər/konsultantlar;
🔹 Müəllimlər; elmi işçilər
🔹 Məşqçilər/təlimçilər və təqdimatçılar;
🔹 Tələbələr.

Qısacası təlimçiliyə başlamadan öncə bilməli olduğunuz bütün sirləri, metod texnikaları- Bir sözlə, təlimçilik haqqında demək olar hər şeyi – bu təlimlərdən öyrənəcəksiniz.

Təlimdə iştirak etmək üçün ödəniş – 90 AZN
Tələbələr üçün isə cəmi – 60 AZN

Qiymətə daxildir:
✔ 20 saatlıq real nəzəri və praktik təlim proqramı;
✔ Təlim materialları;
✔ Ölkə əhəmiyyətli sertifikat;
✔ Coffee – breyk servisi;
✔ Praktik məşğələlər və workshoplar
✔ Təlim və seminarlar vermək üçün təşkilati və media dəstəyi;

QEYDİYYAT LİNKİ⤵️
https://goo.gl/NYVcWf

🌐Ünvan: Ⓜ Sahil mt-su, Molokan (Xəqani) bağının yanı, R.Rza küçəsi 27

⚠️Yalnız qeydiyyatdan keçən ilk 10 nəfər təlimdə iştirak edə biləcək. Yerlər dolduqdan sonra müraciətlər dayandırılacaqdır.

Ətraflı məlumat və suallar üçün :
📲077 217 00 01
📲077 217 00 07 (WhatsApp)

Qeydiyyatdan keçən hər bir şəxslə əlaqə saxlanılacaq.
Bizə qoşulun və özünüzü inkişaf etdirin!

Bəyən və paylaş

Rəylər

rəy(lər)