Təmir-tikinti şöbəsində gənclər üçün maaşlı təcrübə proqramı

FMG şirkəti Təmir-tikinti şöbəsi üçün ödənişli təcrübə proqramı elan edir.
Təcrübə proqramı 3 ay davam edəcək və proqramı uğurla başa vuran tələbələr sertifikatla təltif olunacaqlar.
Seçimlər 2 mərhələli (test imtahanı və müsahibə) həyata keçiriləcəkdir.
İxtisaslar:
*İnşaat mühəndisliyi (13)
*Memarlıq (2)
*Mexanika mühəndisliyi (2)
Universitetlər:
*Azərbaycan Memarlıq və İnşaat Universiteti
*Bakı Mühəndislik Universiteti
*Xəzər Universiteti
*Bakı Dövlət Universiteti
*Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
*Azərbaycan Texniki Universiteti
Tələblər
-Yaş həddi 20-25;
– Müvafiq sahə üzrə minimum bilik və bacarıqların olması;
– Azərbaycan-səlis, rus və ingilis dilləri arzu olunandır;
– MS Office proqramları biliyi,
– Məsuliyyət, çeviklik, cəldlik, yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı ;
Xahiş olur CV-lərinizi Təmir-tikinti şöbəsi üçün ödənişli təcrübə proqramı Edumap.az başlığı altında [email protected] e-mail
ünvanına yollayasınız. Xahiş olunur digər sahələrdə təhsil alanlar müraciət etməsinlər.

Bir cavab yazın

Back to top button