20 Fevral 14:56

Təmizlik işləri üzrə supervayzer vakansiyası

Vakansiya: Təmizlik işləri üzrə supervayzer

İş şərtləri:

İş qrafiki: Həftədə 6 gün

Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

Vəzifə öhdəlikləri:

▪ Təmizlik işçilərinin davamiyyətinin yoxlanılması;
▪ Restoranların və bütün obyektlərin təmizlənməsinə nəzarət edilməsi;
▪ Daxil olan şikayətlər ilə əyani olaraq tanış olmaq və dərhal yaranmış problemin aradan qaldırılması;
▪ Müntəzəm olaraq bütün obyektlərin təmizliyinin yoxlanması və təmizlik işçilərinin işinə nəzarət edilməsi;
▪ Təmizlik maddələri və materialları anbarına nəzarət edilməsi;
▪ Aşkar olunan çatışmamazlıqlar barədə rəhbərliyi vaxtında və düzgün məlumatlandırmaq;
▪ Təmizlik maddələri və materiallarının qənaətlə və düzgün istifadə edilməsinə nəzarət edilməsi;
▪ Aylıq olaraq anbar qalığının çıxarılması və restoran rəhbərinə siyahının verilməsi;
▪ Yeni gələn təmizlik işçilərinə formanın təhvil verilməsinə nəzarət edilməsi;

Tələblər :

▪ Ali təhsilli.
▪ Qadın namizəd, yaş 30-45.
▪ Təmizliyə nəzarət və idarəetmə sahəsində 3 ildən çox təcrübə;
▪ Azərbaycan dilində sərbəst, rus və ingilis dilində yaxşı bilməli;
▪ Güclü ünsiyyət və idarəetmə qabiliyyətləri;
▪ Açıq fikirli və nitq qabiliyyətli;
▪ Liderlik, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

Bilməlidir:

 Döşəmə örtüyünün müvafiq üsul və uyğun maddələrlə təmizlənməsi normalarını.
 Ofis mebelləri və avadanlıqlarının təmizlənməsi, dezinfeksiya olunması normalarını.
 Mətbəxin və mətbəx əşyalarının təmizlənməsi norma və qaydalarını.
 Sanitar qovşaqlarının təmizlənməsi və dezinfeksiya olunması norma və qaydalarını.
 Təmizlikdə istifadə olunan kimyəvi maddələrin tərkibini və xarakteristikasını.

“Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını “Təmizlik işləri üzrə supervayzer edumap.az” qeyd etməklə [email protected] email ünvanına göndərə və ya 051-235-52-34 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd: Yuxarıda qeyd edilən tələblərə cavab verməyən şəxslərin CV-nə baxılmayacaqdır.

Bəyən və paylaş