Təqdimat bacarıqları

Təlimin adı: Təqdimat bacarıqları

Təlim kimlər üçün nəzərdə tutulub: İstənilən bir situasiyada hadisəni və ya materialı maraqlı bir təqdimat şəklində hazırlamaq bacarıqlarına yiyələnmək istəyənlər üçün.

Təlimin məqsədi:

  • Təqdimetmə bacarıqlarına yiyələnmək;
  • Təqdimetmədə istifadə olunan effektiv vasitələri bilmək;
  • Təqdimatda səhvlərə yol verməmək.

Təlimin dili: azərbaycan

Təlimin müddəti: 6 saat – 2 həftə

Təlimin başlanacağı tarix: iyun ayı

Təlimin formatı: oflayn

Təlim haqqında məlumat:

Bir çoxları elə bilir ki, təqdimat sadəcə spikerin ağıllı üz ifadəsi ilə slaydları çevirib nəyisə danışmaq deməkdir. Təəssüflər olsun ki, əksər hallarda bu belə də olur, çünki çıxış edən elementar təqdimat bacarıqlarına sahib deyil. Amma elə mütəxəssislər də var ki, onların çıxışlarını dəfələrlə və yorulmadan izləmək olar. Bəs sirr nədədir? Təbii ki, sirr yalnız bacarıqlarda deyil, həmdə çıxış edənin şəxsi keyfiyyətlərindən, onun əhval-ruhiyyəsindən, izləyicilərə verdiyi mesajlardan, nitqin səmimiliyindən də asılıdır. Amma onunla da razılaşmaq lazımdır ki, müəyyən bacarıqların və təcrübənin olmaması da çıxışı yekunda uğurlu etməyə bilər. Eyni zamanda, peşə fəaliyyətiniz nitqlə bağlı deyil deyirsinizsə: “Bəli, əlbəttə, bütün bunlar yaxşıdır, amma ehtiyacım yoxdur, kod yazmaqla maraqlanıram və ya dizayn edirəm”. Ancaq gəlin təqdimat bacarıqlarının gündəlik həyatda nə vaxt faydalı ola biləcəyini birlikdə düşünək:

  • Özünüz haqqında danışmaq lazım olan istənilən ünsiyyətdə;
  • Müsahibədə iştirak edərkən;
  • İdeyanızı dostlarınız və ya həmkarlarınızla bölüşərkən;
  • Hər hansısa bir çıxış edərkən, bir dostunuzun toyunda sağlıq deməkdən tutmuş diplomun müdafiəsinə qədər.

Və bu hələ tam siyahı deyil. O ki, qaldı Siz ictimai bir insansınız və ya müəllimlik edirsiniz, o zaman təqdimat bacarıqları Sizin həm şəxsi həyatınızda, həm də peşəkar inkişafınızda yüksək səviyyədə qalmaq üçün vacibdir.

Təlim həm nəzəri, həm də praktiki bilikləri əhatə edəcək. Hər bir tematik blok təcrübədən misallar (keys study) və tapşırıqlar ilə tədris edilir. Təlimlər individual və qrup halında təşkil edilən interaktiv tapşırıqlarla həyata keçirilir. Təlim zamanı interaktiv tapşırıqların videoçəkilişi aparıla bilər. Bu, iştirakçıların prosesdən sonra özlərini kənardan izləyib obyektiv qiymət vermələri üçün həyata keçirilir.

“Təqdimat bacarıqları” təlimin mündəricatı:

1.Təqdimatın planlaşdırılması və ona hazırlıq.

  1. Təqdimat zamanı davranış.
  2. Təqdimatı effektiv edən vasitələr.
  3. Təqdimatda tipik səhvlər.

 

Təlimçi barəsində:

Təlim Biznes təlimçi/konsultant (Təlim və İnkişaf) Anar Həsənov tərəfindən keçirilir. Anar Həsənov 2001-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (Bakalavr, Magistratura və Doktorantura) təhsilini almış, Təlimçilər üçün təlimlər, Müştərilərlə əlaqələrin idarə edilməsi (CRM), İşgüzar etiket, Vaxtın idarə edilməsi sertifikasiya proqramlarını uğurla başa vurmuşdur.

Təlimçi kimi 2010-cu ildən Parabankda, VRC Consulting, Baku Business School-da fəaliyyətə başlamışdır. Onun tərəfindən bank üçün daxili təlim paketləri və təlimçi bazası yaradılmışdır. 2012-ci ildən Baku School of Business and Economics təlim mərkəzini yaradıb təlim fəaliyyətini genişləndirmişdir. 2013-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mühazirələr deyir. 2014-cü ildən “ASAN xidmət”in insan resursları və təlim şöbəsində fəaliyyət göstərərək qurumun 2000-dən çox əməkdaşının təlim və inkişafının təmin edilməsində iştirak edib. 2016-2017-ci illər ərzində “ASAN Radio”da təlimçi-ekspert kimi fəaliyyət göstərmişdir. “Motivasiya dəqiqələri” adı altında vətəndaşların radio üzərindən maarifləndirilməsində iştirak edib. 2017-ci ilin noyabr ayından 2019-cu ilin may ayına qədər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin direktoru vəzifəsində çalışıb. Azərbaycanda, Ukraynada onlarla şirkət və dövlət müəssisələrində təlimlər keçirib. Qazaxıstanda yerləşən və 46 ölkəni üzv olaraq özündə birləşdirən Astanada Dövlət Qulluğu üzrə Regional Habın ekspertidir.

100-dən artıq bank, BOKT, sığorta şirkətləri və digər özəl şirkətlər və dövlət qurumları üçün təlimlər keçib. Fransa, Türkiyə, Ukrayna, Rusiya, Belarusiya, Qazaxıstanda müxtəlif təlimlərdə iştirak etmişdir.

Ətraflı məlumat və qeydiyyta: 051 561 49 45

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir