6 Dekabr 14:57

“Təşkilati davranış, individual davranışın əsasları və idarəetmə psixologiyası” mövzusunda təlim keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların maarifləndirilməsi məqsədilə dekabrın 10-da, saat 11.00-da “Təşkilati davranış, individual davranışın əsasları və idarəetmə psixologiyası” mövzusunda təlim keçiriləcək. Təlimdə iştirak etmək istəyən startaplar, sahibkar və menecerlər müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) e-mail ünvanına göndərməlidir.

Tədbirdə iştirak ödənişsizdir.

Təlim KOBİA-nın inzibati binasında (Bakı şəhəri, Atatürk prospekti, 134) keçiriləcəkdir (Urfan Nəbiyev (+99412) 404-04-01).

Bəyən və paylaş

Rəylər

rəy(lər)