3 Yanvar 10:22

“The Blood of Karabakh” filminin təqdimat mərasimi keçirilib

“The Blood of Karabakh” – “Qarabağ Qanı” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
29 dekabr 2015 – ci il tarixində Beynəlxalq Avrasiya Mətbuat Fondunun qərargahında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı və Avrasiya Prodakşn tərəfindən “The Blood of Karabakh” layihəsi çərçivəsində sənədli filmin təqdimat mərasimi keçirilmişdir..
Təqdimat mərasimində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədriİmaməddin Quliyev, “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri, peşəkar boksçu Fariz Məmmədov, Qarabağ qaziləri və müharibə iştirakçıları, gənclər təşkilatlarının və media nümayəndələri iştirak etmişdir.
“The Blood of Karabakh” adlı sənədli filmin hazırlanmasında məqsəd beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, beynəlxalq aləmdə Qarabağda baş verən tarixi hadisələrə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı tarixin yaddaşlardan silinməməsi üçün film şəklində yaddaşda saxlanılmasına xidmət göstərməkdən ibarətdir.
Layihə rəhbəri İmaməddin Quliyevin qeyd etdiyinə görə layihə Qarabağda olan tarixi döyüşləri və azərbaycanlılara qarşı soyqırımları, erməni təcavüzünü əks etdirən xarici auditoriyalara hesablanmış ingilis dilində qısametrajlı film hazırlanmasından ibarətdir. Tarixi faktlara əsaslanaraq hazırlanması nəzərdə tutulan film məhz ingilis dilində olmasının əsas məqsədi Qarabağın qanlı tarixini, problemini dünya ictimaiyyətinin bir daha diqqətinə çatdıraq. Eyni zamanda bu istiqamətdə həyata keçirilən layihələrə dəstək olaraq azərbaycanlı gənclərin daha da fəal iştirakını təmin etmək üçün onların vasitəsilə yaşadıqları, oxuduqları ölkələrdə bu filmin təbliğ edilməsi üçün daim birgə fəaliyyətə cəlb etməkdən ibarətdir.
Qeyd edək ki, “The Blood of Karabakh” filminin çəkilişləri zamanı Qarabağ müharibəsi iştirakçılarından, Qarabağ qazilərdən və tarixçilərdən müsahibə götürülmüşdür. Müsahibələrdə  tarix elmləri namizədi Əziz Boran, 1-ci qrup Qarabağ qazisi Firudin Məmmədov, paralimpiya oyunları çempionu, 1-ci qrup Qarabağ qazisi İlham Zəkiyev və 1-ci qrup Qarabağ qazisi İlham Məhərrəmov iştirak etmişdir.
Filmin Ssenari müəllifi Rey Kərimoğluya, Rejissoru Nicat Cəlilov, Montajı Kənan İbrahimov, mətnlərin səsləndirilməsi  Elxan Rzaya və tərcümə Səma İsalıya aiddir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)