12 Dekabr 08:43

“The World in your eyes” adlı şəkil müsabiqəsi

Diqqət! Diqqət!
Əziz DİA tələbələri!
Sizi “Art club” və “Ekologiya və Ətraf Mühitin Davamlı İnkişafı” klubunun birgə təşkil etdiyi “The World in your eyes” adlı şəkil müsabiqəsinə dəvət edirik! Müsabiqədə iştirak etmək istəyən hər kəs çəkdiyi şəkilə uyğun bir ad verərək bizə göndərə bilər. Belə ki, daha çox təbiət və ətraf mühitlə bağlı olan şəkillərə üstünlük veriləcək.

Müsabiqənin nəticələri isə dekabr ayının 19-u məlum olacaq. Müsabiqənin tam şəffav şəkildə keçməsi üçün peşəkar fotoqraf Ali Nasir dəvət olunub .
Müsabiqənin nəticələrinə görə 1-ci, 2-ci və 3-cü yerin sahiblərinə sertifikat veriləcək.
Müsabiqədə iştirak etmək üçün öz şəkillərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Qeyd: Son göndərilmə tarixi 18.12.2015 saat 18:00-dur.
Əlavə məlumat və əlaqə üçün:
Saleh İsmayılzadə: +994558134773 və ya
[email protected] ünvanına yaza bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)