Tibb bacısı (sıravi və kiçik rəis heyəti) vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan tibb bacısı (sıravi və kiçik rəis heyəti) vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Elan olunmuş müsabiqədə Azərbaycan Respublikasının dövlət tibb orta-ixtisas təhsil müəssisələrində tibb bacısı və ya feldşer ixtisası almış, boyu 160 santimetrdən aşağı, yaşı 25-dən yuxarı olmayan, ixtisası üzrə azı 3 il praktiki təcrübəyə malik, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri olan Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər 2022-ci ilin may ayının 16-dan iyun ayının 16-dəkelektron ərizə formasınışəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər. Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər: - Şəxsiyyət vəsiqəsi; - Təhsil haqqında diplom; - Əmək kitabçası. Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və bilik səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır. Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır. Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-20-59, (012) 590-20-94
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az