Tibb bacısı vakansiyası
Şirkət: Zəfəran hospital
Vəzifə: Tibb bacısı
Vəzifə öhdəlikləri:
– Həkiməqədər təcili tibbi yardım göstərmək
– Pasientlərin qəbulu üçün otağın tam hazır tibbi vəziyyətdə saxlanılması, pasientlərin həkim müayinəsi üçün hazırlanmasına yardım, həkimin bütün göstərişlərinə operativ əməl edərək, müayinə və müalicə prosedurları zamanı onu müşayiət etmək;
– Əzələdaxili inyeksiyaların vurulması;
– Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət;
– Verilən bütün təyinatların və göstərişlərin düzgün və vaxtında yerinə yetirilməsi
Tələblər:
– Yaş həddi: 22-45 yaş;
– Orta tibbi təhsil mütləqdir;
– Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir;
– Tibb bacılığı işinin təşkili üçün zəruri prinsiplər haqda biliklərin olması;
– Qeyd edilən sahədə 3 il iş təcrübəsi (Kardio reanimasiya və qanalma şöbələrində təcrübəsi olanlara üstünlük veriləcək)
– Gülərüz, səliqəli, punktual, işində məsuliyyətli;
İş şəraiti:
– Əmək haqqı – 400-500 AZN;
– İş qrafiki : Tam iş günü ( növbəli iş qrafiki, gecə və gündüz)
Maraqlanan namizədlərdən mövzu hissəsində “Tibb bacısı” qeyd etməklə CV formasını [email protected] email ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.