Bazar, 3 Avqust, 2025

" Tikinti xərcləri üzrə aparıcı nəzarətçi " vakansiyası


  • Dərc edildi: 19 Avqust, 2021 - 04:31
" Tikinti xərcləri üzrə aparıcı nəzarətçi " vakansiyası

PMD Projects MMC " Tikinti xərcləri üzrə aparıcı nəzarətçi " vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: - Zərurət yarandıqda layihə qiymətlərinin təhlili; - Müqavilə dəyərlərinin təhlili zamanı dəyərləndirmə komandasına köməklik etmək; - Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili; - Layihənin tələblərinə uyğun olaraq, tender/sorğu sənədlərində qeyd edilən iş həcmlərinin yoxlanılması; - Podratçıların təqdim etdiyi ehtimal olunan qiymətlərin yoxlanılması və təhlili; - İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatlarların rəhbərliyə təqdim edilməsi; - Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması; - Podratçılar tərəfindən hazırlanmış maliyyə nəzarəti hesabatlarının yoxlanılması; - Layihələrin maliyyə axınlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi; - Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası; - Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması; - Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması; - Maliyyə planlarının qaydalara uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi. Tələblər: - Ali təhsil: "İnşaat mühəndisi" ixtisası üzrə bakalavr dərəcəsi; - İş təcrübəsi: Oxşar vəzifədə azı 4 il iş təcrübəsi. Mülki tikinti sahəsində iş təcrübəsi arzuolunandır; - Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı; - Kompüter bacarıqları: MS Office, Autocad; Maraqlanan şəxslərdən CV - lərini vəzifə adı göstərilməklə[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5480
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 918
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 322
“İnnovativ məktəb” l...