“TİPx 3: İdeyam var” konfransı keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən 28 iyun, saat 17:00-da ADA Universitetində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” layihəsi çərçivəsində növbəti “TİPx 3: İdeyam var” konfransı keçiriləcək.

▶️ Tədbir zamanı spikerlərimiz tərəfindən interaktiv çıxışlar, maraqlı workshoplar təqdim ediləcək, iştirakçılar ənənəvi diskusiyalarla daha çox iştirakçılığa cəlb ediləcəklər.

▶️ Spiker qismində sosial sahibkar, fandreyzinq mütəxəssisi Toğrul İsmayılov, "Eleven kings" şirkətinin təsisçisi Orxan Rzayev, "Brandup" marketinq və dizayn agentliyinin təsisçisi və rəhbəri Tamerlan İsmayılov tələbələrlə ənənəvi və sosial sahibkarlıq, kiçik kapital tələb edən biznes ideyaları, startapların digər biznes sahələrindən fərqi, kütləvi maliyyələşmənin (kraudfandinq) günümüzdəki yeri kimi mövzular üzrə öz dəyərli bilik və təcrübələrini bölüşəcəklər.
advertisement
Spikerlərin çıxışları ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri öz canlı ifaları ilə tədbirə rəngarənglik qatacaqlar.

Fərqli biznes ideyaları olan, sahibkarlıq üzrə müəyyən istiqamətdə addımlar atan tələbələrə seçim zamanı üstünlüyük veriləcək. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.

advertisement Konfransın əsas məqsədi biznes sahəsi ilə maraqlanan tələbələri maarifləndirmək, onlarda sahibkarlığa motivasiya yaratmaqdır.

Konfransa müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələr qatıla bilər.

İştirak üçün onlayn müraciət formasını doldurmaq tələb olunur.
advertisement
Qeydiyyat linki: shorturl.at/ovxN7

Son müraciət tarixi: 23 iyun

advertisement
_____________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


advertisement
FACEBOOK:Edumap.az




İNSTAGRAM:@edumap.az

advertisement

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az