Bazar ertəsi, 1 Sentyabr, 2025

TKTA Tələbə Sorğusu


  • Dərc edildi: 26 Noyabr, 2021 - 06:29
TKTA Tələbə Sorğusu

TKTA ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏHSİL ALAN TƏLƏBƏLƏRİ SORĞUDA İŞTİRAK ETMƏYƏ DƏVƏT EDİR

 
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsinə əsasən təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, təhsil sisteminin və bu sahədə dövlət standartlarının davamlı inkişafını, təhsil müəssisələrinin nüfuzunun və mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasını təşviq etmək Agentliyin fəaliyyət istiqamətlərindən bir neçəsidir.   Fəaliyyət istiqamətinə uyğun olaraq ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin mövcud vəziyyətini təhlil etmək, müvafiq struktur bölmənin mövcudluğu və fəaliyyətinin səmərəliliyinə dair ilkin məlumatlar əldə etmək, daxili keyfiyyət təminatı üzrə çatışmazlıqları müəyyən edərək bu istiqamətdə atılacaq gələcək addımları planlaşdırmaq üçün ali təhsil müəssisələrində təhsil alan tələbələri Agentlik tərəfindən hazırlanmış anonim sorğuda iştirak etməyə dəvət edirik.   Sorğunun nəticələri təhlil olunaraq, yekun hesabat kütləvi informasiya vasitələrində ictimaiyyətin diqqətinə çatıdırılacaq.   Sorğuda iştirak üçünbu keçiddənistifadəedəbilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 973
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 199
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7862
Sumqayıt Dövlət Univ...