“Tornaçı” vəzifəsi üzrə vakansiya

ATEF Şirkətlər Qrupu MMC “Tornaçı” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Müsahibənin nəticəsinə uyğun olaraq müəyyən ediləcəkdir.

İş şəraiti
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi
5 günlük iş həftəsi
Nahar fasiləsi: 12:00-13:00
Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat
Rəqəmli Proqram İdarəetmə (CNC) - torna dəzgahlarını işə buraxmaq və istismar etmək;
CNC - torna dəzgahını sazlamaq, verilmiş cizgilərə (tapşırığa) uyğun olaraq proqramların və texniki parametrlərin yazılmasını təmin etmək;
Proqrama uyğun olaraq dəzgahın kəsici alətlərinin (kəsicilərin, burğuların, bıçaqların) və digər işləyən elementlərinin seçilməsi, alət bloklarına quraşdırılması, bütün bölmələrin və mexanizmlərin tənzimlənməsini həyata keçirmək;
Pəstahların dəzgaha yerləşdirilməsi üçün tutucu patronun pəstaha uyğun sazlanmasını təmin etmək;
Vaxtaşırı və mütəmadi olaraq kəsici alətlərə nəzarət, onların dəyişdirilməsi, lazımi qaydada və ölçüdə itilənməsi, emal olunan detalların ölçülərinin cizgilərə uyğunluğunun yoxlanılmasını həyata keçirmək;
Nəzarət və ölçü əməliyyatları, işlənmiş detalların ölçüsünün texniki göstəricilərə uyğunluğunun ölçülməsi və nəzarəti həyata keçirmək;
Təlimatlara və standartlara uyğun olaraq CNC - torna dəzgahlarını təmizləmək və onlara texniki xidmət göstərmək;
CNC - torna dəzgahlarında baş verən qəzaları aradan qaldırmaq və sex rəisinə məlumat vermək.

Tələblər:
Ali və ya orta-ixtisas təhsili;
Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
Torna dəzgahının konstruksiyasını, ayrı-ayrı qovşaqların təyinatını bilməlidir;
Cizgiyə uyğun pəstahın seçilməsi, patronda pəstahın bərkidilməsi, hissəni emal etmək üçün kəskilərin növünün müəyyənləşdirilməsi qaydaları haqda məlumatlı olmalı;
Cizgini oxumaq qabiliyyəti olmaqla bərabər, təmizlik sinfi, dəqiqlik dərəcəsi haqda təcrübəsi olmalı;
Cizgi və ya nümunə əsasında verilmiş hissəni torna dəzgahında mexaniki emal etməyi bacarmalı;
Müxtəlif konstruksiyalı torna dəzgahlarının konstruksiyasını və dəqiqliyə yoxlama qaydalarını, detalların qurulma, bərkidilmə və yoxlama üsullarını və emalın texnoloji ardıcıllığını, bütün növlərdən olan normal və xüsusi kəsici alətlərin quruluşunu, həndəsəsini, termiki emalı, itilənməsi və tamamlanması qaydalarını, verilmiş dəqiqliyə və emal təmizliyinə nail olma üsullarını, xüsusi tərtibatların tətbiqi şərtlərini bilməlidir;
Bu vəzifəyə müraciət etmək üçün CV-ni[email protected]ünvanına göndərə bilərsiniz. CV göndərən mövzu yerinə vəzifənin adını “Tornaçı” göstərin.
_____________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK: Edumap.az




İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az