Tovuz və Şəmkir mağazaları üzrə vakansiya

Tovuz və Şəmkir mağazalarımız üzrə vakansiya elan edilir!
"Mağaza meneceri" vəzifəsi üzrə özünə və təcrübəsinə inanan şəxslər hazır CV formasını[email protected]elektron poçt ünvana göndərə bilər.
Vəzifə və öhdəliklər:

-Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
-Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
-Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
-Mağazanın sıravi və digər personalı üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
-Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək.

Tələblər:

- Yaş – 28 -40
- İş təcrübəsi - ən azı 3-7 il olmalıdır
- Ali təhsil (iqtisadiyyat);
-Yüksək təşkilatı bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
- İşgüzar davranış etikasını bilməlidir;
- Satılan məhsulun assortimentini və satış qiymətlərini bilməlidir;
- Satış texnikası və prinsiplərini bilməlidir;
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilməlidir;
- Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir;
- Kompüter bilikləri (MS Office).
*0171

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az