Trade Marketing Meneceri vakansiyası

AZFPCOLTD MMC Trade Marketing Meneceri vakansiyası üzrə işçi qəbulu elan edir:

Vəzifə öhdəlikləri:

• Bazarın monitorinq və təhlili, rəqabət mühitinin öyrənilməsi;
• Trade aktivliklər üzrə illik təqvimin hazırlanması və tətbiq edilməsi;
• Trade Marketinq tədbirlərinin hazırlanması, təşkili, keçirilməsinə nəzarət və aksiya effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, təqdimatlar və s.);
• Satışların analizi və satış effektivliyinin artırılması üzrə tədbirlər planının hazırlanması;
• Qiymət analizinin aparılması və qiymət strategiyasının hazırlanması prosesində iştirak edilməsi;
• Yeni məhsulun bazara çıxarılmasında iştirak edilməsi;
• Marketinq sahəsində görüləcək işlərin planlaşdırılması, tətbiq olunması və raporlanması;

Tələblər:
• Ali təhsil;
• Azərbaycan dili mükəmməl (ingilis və rus dili arzuolunandır) olmalı;
• Yüksək səviyyədə kompüter bilikləri (MS Office, əsasən excel) olmalı;
• FMCG sahəsində marketing təcrübəsi ən azı 2 il olmalı;

Müraciət etmək üçün vakansiya başlığını qeyd etməklə [email protected] ünvanına CV-nizi göndərməyiniz xahiş olunur.

Bir cavab yazın

Back to top button