17 İyun 17:26

“Travmanın həyatımıza təsiri” adlı seminar keçiriləcək

“Elm Havaları” mühazirələr sessiyamızın bu dəfəki qonağı Şəbnəm Sadıqova “Travmanın həyatımıza təsiri” barəsində danışacaq.

Uşaqlığımızdan bugünə, özümüzə və başqalarına münasibətimizdə, gələcəyə dair gözləntilərimizə travmalar necə təsir edir?

Şəbnəm Sadıqova – ixtisas sahələri yeniyetmə/gənc və yetgin psixologiyası olan Şəbnəm Sadıqova psixoterapevt və cinsi terapist olaraq fəaliyyət göstərir. Hollandiyada cinsi terapiya təhsilini bitirdikdən sonra Azərbaycana ölkənin ilk Cinsi Terapevti olaraq qayıtmış və fəaliyyətinə davam etmişdir.

Azərbaycanda ilk dəfə olaraq Reproduktiv Sağlamlıq Mərkəzində sonsuzluq diaqnozundan müalicə alan cütlüklərə psixoterapiya yardımı sistemini qurmuşdur.
Psixologiya üzrə təhsil aldığı qurumlar: Bakı Dövlət Universiteti (bakalavr), Azərbaycan Dövlət Pedaqoji Universiteti (magistr), Cərrahpaşa Tibb Fakültəsi psixiatriya departamenti (staj), Çexiya Psixiatrik konqress, Norveçin “Uni Health” mərkəzi tərəfindən təşkil olunmuş “Ailə psixoterapiyası” kursu, Danimarka/Kopenhagen Universiteti (psixoterapiya kursu), Hollandiya Şimali-Amsterdam, Zaandam və Maastricht şəhərləri (psixoterapiya kursları), Ankarada Prof. Dr. Vamık Volkandan Psixoanalitik Psixoterapiya kursu və s.

Ətraflı məlumat üçün: www.shebnemsadigova.com

Görüş müddəti 60 dəqiqə olacaq, gecikməməyinizi xahiş edirik.

Tarix: 22 iyun 2019
Saat: 20:00
Məkan: Baku IdeaLab
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə.

Giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)