14 Mart 19:11

Trend ovunda Sosial mediadan istifadə

Trend ovunda Sosial mediadan istifadə

1998-ci ildə Google təsisçiləri informasiyanı idarə etmək üçün bir missiya müəyyən etdilər. Google o vaxtdan uzun bir yol qət edib və artıq digital mediaya hökmranlıq edir. Son vaxtlara qədər sosial mediada kontentlər  keçici idi. Amma sosial şəbəkələr arxa-arxaya  yeniliklər etdilər. Güclü axtarışa səbəbverən alqoritmalar vasitəsi ilə sosial mediada paylaşılan kontentlər ilə dönüşüm əldə etmək mümkündür. Sosial media, istifadəçilər tərəfindən yaradılan kontentlərlə (user-generated content) zəngindir, hansıki bundan brendlər faydalana bilər. Dünyadakı baş verən proseslər haqda paylaşımlar geniş olsa da, bəzən də istifadəçilərin daxili dünyaları ilə bağlı paylaşımlarda trend ola bilir. Bu informasiya vaxtında istehlakçı davranış istiqamətlərini (trendlərini) müəyyən etmək və onlayn auditoriya ilə bağlı strategiya hazırlamaq  üçün olduqca əhəmiyyətlidir. İstifadəçilər eyni anda bir çox mövzuda müzakirə aparırlar və ən çox müzakirə edilən “top trend”ə daxil olur. Twitter və Facebook, bazarın yeni oyunçuları sayılan İnstagram, Snapchat da bu trendləri öz platformalarına uyğun təqdim edirlər.

1. Twitter: real-time trends

Twitter real-time trendləri və danışılanlar haqqında “research” etmək üçün ən yaxşı sosial şəbəkədir. Bu əsasən bir sıra müxtəlif mövzular üçün keçərlidir (əyləncə, idman, xəbərlər). Əslində, orta Twitter istifadəçi əsasən genişmiqyaslı real-time hadisələr ətrafında söhbət edir. Buna Orxan Rzayevin yazısı bu istiqamətdə sizə faydalı ola bilər. Twitter hashtag sistemi, daha sonra bu sözləri axtarış nəticələrində açar sözlərə çevirir. Media nümayəndələri, jurnalistlər, ictimai fiqurlar üçün Twitter  rela-time şərhlər toplamaq üçün əla mənbədir.

2. Facebook: trend inqilabı

Facebook heç vaxt axtarışa uyğun sosial şəbəkə olmayıb. Amma yaxın dövrdə sosial paylaşımlardan, fərdi paylaşımlara kimi axtarışa imkan verən təkminlləşdirilmiş axtarış sistemini elan etdi.

Facebook axtarış sistemi üzəzrində mütamadi işləyir və böyük dəyişikliklər edir. Siz 2 trilyon postun daxil olduğu kontent içində axtarış edə bilərsiniz. 

https://www.youtube.com/watch?v=Ya_C0TEHtnI

 

facebook-trend

Lokal Trendlər….

trend-twitter

Artıq Facebook Goolge kimi aylıq olaraq ən çox müzakirə olunan mövzuları belə (hot trend) təqdim etməyə başlayıb. Amma bu hələlik sadəcə bir neçə ölkəni əhatə edir. Fevral ayında Facebook və Instagram’da ən çox müzakirə olunan mövzulara aşağıdakı nümunədən baxa bilərsiniz. Bununla siz auditoriyanızı daraldaraq, müştəri seqmentinizə daha rahat çata bilərsiniz.

facebook-trend

Twitter’də top trendə düşmək üçün nə etmək lazımdır?

Gecə saat 00:00’dan, səhər 06:00-a kimi 500 və ya 560, səhər 06:00’dan günorta 12:00’a kimi 700-750, günorta 12:00’dən axşam 18:00’a qədər 850 – 900, axşam 18:00’dan, gecə 00:00 qədər isə 1000 və daha çox fərqli Twitter hesablarından (bir saat içərisində) göndərilən Tvit, Trend olur.

trend-twitter-baku

Amma, təəssüf ki, Azərbaycan bir ölkə olaraq bu xidmətlərdən cüzi miqadarda faydalana bilir. Bazar balaca olduğundan həmin xidmətlər ölkəmiz üçün tam açılmayıb. Amma ilkin olaraq Facebook search’dən faydalanmanız için Facebook istifadəçi dilini dəyişməyiniz mütləqdir.

Müşfiq Şirəliyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)