Tsundonku: Oxuya biləcəyinizdən daha çox kitab almaq

Tsundonku: Oxuya biləcəyinizdən daha çox kitab almaq

“Oxumaq mümkün olmasa da, sahib olduğun kitablar elə bir xoşbəxtlik hissi yaradır ki, oxuya biləcəyindən çox kitab almaq, ruhun əbədiyyətə qovuşması qədər gözəldir.” Edvard Neton
Yazıçı Edvard Netonun tərifinə uyğun bir söz var: Tsundoku
Tsundoku oxumaq üçün çox kitab almaq deməkdir. Azərbaycan dilinə “kitabı aldıqdan sonra oxunmamış qoymaq, adətən oxunmamış digər kitablarla birlikdə üst-üstə yığmaq” kimi tərcümə edilən söz, insanın oxumaq üçün kitab alması deməkdir; ancaq vaxt darlığı və təxirə salmaq kimi səbəblərdən kitabların yığılması kimi ifadə edilə bilər.

Bu davranışa sahib insanların xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər:

· Onlar kitabı bir daha tapa bilməyəcəklərindən qorxa bilərlər.
· Çap olunmuş kitabın bitməsi və ya yenidən çap olunmaması ilə bağlı narahatlıqlar var.
· Kitab almaq böyük xoşbəxtlik gətirir, çünki onlara güc və öz həyatlarına nəzarət hissi verir.
· Onlar kitabı oxuduqdan sonra yaxşı həyat sürəcəklərini düşünürlər.
· Oxumaq həvəsi var; lakin təxirə salırlar və vaxtları yoxdur.
· Ətrafdakı insanların onların əsl və yaxşı oxucu olduqlarını görmələrini istəyirlər.

Kitab yığımından necə qaçınmaq olar?

Vəziyyətinizdən xəbərdar olmaq.
Mümkünsə, bitirmədən başqa bir kitab almamaq.
Rəqəmsal materiallara üstünlük verin.
Audiokitablara müraciət edin.
Faydalı bilinən kitabları oxumaq.
Hazırladı: Edumap.az Təhsil Portalı
____________________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az