“Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi “All round tourism” adlı yeni layihəyə start verib

Diqqət! Diqqət!
“Turizm Könüllüləri” Təşkilatı “All around tourism” Online Hub adlı yeni layihə ilə qarşınızdadır!Tarix: 1 avqust – 28 avqust 2020-ci il
Məkan: Zoom platformasıLayihədən nələr qazanacaqsınız?
Turizm sahəsinin 9 fərqli istiqamətləri üzrə görüşlər;
Turizm sənayesində öz sözünü demiş mütəxəssilərin məsləhətləri və sizi maraqlandıran suallara cavablar;
Pandemiya və post-pandemiya dövründə olan perspektivlər və gələcək imkanlar haqqında geniş məlumatlar;
Qastronomiya, şərabçılıq, idman turizmi və digər sahələri əhatə edən mövzular üzrə müzakirələr;
Layihə bitdikdən sonra bütün görüşlərdə iştirak edən dostlara elektron sertifikatlar təqdim olunacaq.Ekspert və mövzuları sizlərə təqdim edirik:
1. Hüseyn Həsənov – “Turizmdə təhsil və təlimin rolu”;
2. Nəcəf Bədəlov – “Qonaqpərvərlikdə müştəri məmnunluğu”;
3. Vüqar Mikayılov – “Azərbaycanın qırmızı qızılı”;
4. Yəhya Bayramov – “Gəz və kəşf et!”;
5. Xəqani Fərəcov – “İrimiqyaslı tədbirlərdə kütlənin idarəolunması”;
6. Fərhad Aşurbəyli – “Turistin qəlbinə gedən yol”;
7. Əli İsrafilov – “Çox gəzən çox bilər”;
8. Müslüm İmranlı – “Bizi birləşdirən dəyərlər”;
9. Şahin Paşa – “Sport & Event Tourism”.Qeydiyyat üçün son tarix: 30 iyul 2020-ci il
Qeydiyyat linki:
https://bit.ly/30O8Je2
Daha ətraflı məlumat üçün:
https://bit.ly/3eXWKj9

Bir cavab yazın

Back to top button
Close