18 Aprel 20:08

“Turizm sahəsində inkişafın sirrlərini peşəkarlardan öyrənək” adlı seminar

Bu dəfəki seminarımızın qonağı “Divan Express Oteli”nin baş direktoru Murat Yıldızsaferdir.

Əziz tələbələr.

Sizi, Mehmanxana və restoran biznesi kafedrasının müəllimi İlkin Əhmədovun təşkil etdiyi “Turizm sahəsində inkişafın sirrlərini peşəkarlardan öyrənək” adlı seminarlarda iştirak etməyə dəvət edirik.

Bu dəfəki seminarda Murat bəy “Uğurlu otel idarəçiliyinin gizli tərəfləri” başlığı altında özünün 20 illik iş təcrübəsini 2 saat ərzində sizlərlə paylaşacaqdır.

Seminarın ümumi mövzusu:
– Qonaqpərvərlik və otel biznesi
– Müştəri əlaqələri
– Keyfiyyətli xidmət qaydaları
– Turizm agentlikləri və otellər
– Otel biznesi və dünyagörüşü
– İşçiyə verilən dəyər
– Xidmət = bəxşiş

Seminar 20 aprel 2016 – cı il saat 14:00 – da Azərbaycan Turizm və Menecment Universitetində (Gənclik korpusunda) kitabxanada keçiriləcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)