11 May 16:55

Turizm sahəsində karyera qurmaq istəyən gənclər üçün fürsət

Turizm sahəsində karyera qurmaq istəyən, iş stajı tələb edən HR lardan gileylənən gənclərimizin nəzərinə! Modern Hotel sizə şans yaradır. Gəlin praktikaya, Fidelionu öyrədək, praktika da ödənişlidir (biz sizə pul veririk) sonra da işə götürək sizi. Tələblərimiz minimaldı: Orta səviyyədə ingilis dili (qeyd: orta səviyyə “Hay may neym Məmməd”dən ibarət olmamalıdır, ingilis dilində əcnəbi qonaq ilə otel standartıarının daxilində (dəsmal, otaq nömrəsi, hesabı, gəziləcək yerlər və s. barədə danışa biləcək qədər söz bazanız olmalıdır) CV -nizi, yox CV yaza bilmirsizsə, özünüz haqda məlumatı mətn şəklində və şəkliniz ilə bir yerdə, mövzu başlığında “Reception Edumap.az” yazaraq bu e-mailə göndərin:

Qeyd: Universitet məzunu xanım namizədlər üçün yer var. Təcrübə zamanı rəsmi şəkildə proqramı öyrənən müddətdə ödəniş edilir. Daha sonra işə qəbul edilir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)