Turizm Sferasını Pandemiyadan çıxaracaq 8 tələbə axtarılır

Turizm Sferasını Pandemiyadan çıxaracaq 8 tələbə axtarırıq!

Pickvisa.com “Tələbə İnkişaf Proqramı” elan edir. Seçilən təcrübəçilər startapın Əməliyyatlar, Məlumat Bazaları və Rəqəmsal Marketinq Şöbələrində təcrübə keçəcəklər. Proqram müddətində praktiki tapşırıqlarla paralel xüsusi təlimlər keçiriləcək.

Bu proqram kimlər üçün deyil:

– Şans verilsə, 200 ölkə gəzmək əvəzinə ̶ç̶e̶l̶i̶ ̶y̶ı̶ğ̶ı̶l̶m̶ı̶ş̶ Range Rover alanlar;
– Pandemiya dövründə ən azından 1 vebinar götürüb, özünü inkişaf etdirməyənlər;
– Emailin mətnini “Subject”ə yazanlar;
– Pandemiya haqqında “hamısı massonların işidir” düşünənlər;
– Game of Thrones üçün darıxmayanlar;
– Vizanın təkcə bank kartı olduğunu düşünənlər;
– İdmanla məşğul olmayanlar (şaşki daxil);
– Loukoster uçuşlarına “оййй, не могууу” deyənlər;
– Anna Kareninanı axıra kimi oxuyanlar;
– Skyscannerdə Hollandiyadan Niderlanda bilet axtaranlar;
– CV-də qeyd etdiyi nömrəsinə zəng çatmayanlar;
– Məktəb vaxtı müəllimə ilə söhbətə “прав” girib, “неправ” çıxanlar;
– 3 günlük səyahətə 3 çamadan baqaj götürənlər;
– CV-də “Çox Punktualam” yazıb, müsahibəyə gecikənlər;
– Forrest Gump, Oskar Schindler, Maximus, Frodo Beggins, Neo, Dart Wader, Mathilda-nın kimlər olduğunu bilməyənlər;
– Getdiyi ölkələrdən eyni poza, eyni arxa planla 10 000 şəkli olanlar.
– Ş əvəzinə hər yerdə w yazanlar, Huaşey, Şatsap istifadə edənlər.

Proqram 3 ay müddətində davam edəcək. Proqram ödənişlidir və 3 ay ərzində yarım gün qoşulan təcrübəçilər 100 AZN, tam gün qoşulanlar isə 200 AZN aylıq ödəniş əldə edəcəklər. Ciddi Karantin rejimi tətbiq edildikdə, evdən işləyəcəklər.

Proqramın sonunda ən yüksək göstəriciləri olan 1 təcrübəçi 3 aylıq (bütün xərcləri qarşılanaraq) Dubay ofisimizdə çalışmaq imkanı əldə edəcək. Qalan iştirakçılardan ən yaxşı nəticə göstərən 2 nəfərə isə iş təklifi edəcəyik.

Proqrama qatılmaq üçün əsas 1 tələb var:
– Rus və ya İngilis dili biliyi. İkisini də bilməsi üstünlükdür.

Gözlənilən intellektual zarafatları önləmək üçün bildirək ki, nə Yapon dili, nə də Nobel Mükafatı tələb olunmur.

Müraciət üçün CV və “Niyə Mən?” mövzusunda minimum 100 sözdən ibarət olan istək məktubunuzu 25 Sentyabr Tarixinə kimi [email protected] email ünvanına göndərməyiniz tələb olunur.

Bir cavab yazın

Back to top button