Turizm startapını qurmaq üçün ilk addımını bizimlə at!

RİTM-ə qoşul, lazımi bilikləri əldə edib, öz biznesini qur və ilk investisiyanı cəlb et. Turizm startapını qurmaq üçün ilk addımını bizimlə at!

 

Hörmətli namizəd,
Sadəcə bir anketi doldurmaqla turizmdə yeni biznes qurmaq xəyalınızı reallaşdıra bilərsiniz! Seçilmə şansınızı artırmaq üçün qeydiyyat formasında lazım olan bütün məlumatları düzgün doldurduğunuzdan əmin olun. Bundan başqa, RİTM İdeya Biznes Planınızı düzgün şəkildə doldurmağı və yükləməyi unutmayın – əks halda, müraciətə baxılmayacaq.

Bir yox, bir neçə ideyanız var? Problem deyil! Bir neçə dəfə müraciət edə bilərsiniz, ancaq hər müraciətdə yalnız bir ideya təqdim oluna bilər. Unutmayın ki, bir komandadan yalnız bir layihə seçiləcək.

TÖVSİYƏ! “Müraciət” düyməsini basmamışdan öncə ideyanızın bölgənizdəki hər hansı boşluğu doldurduğundan əmin olmaq üçün İdeya bankı səhifəsinə nəzər salın. Əgər bankda ideyanıza uyğun boşluq yoxdursa, narahat olmayın – müraciətinizə baxılacaq, amma yalnız biznes konsepsiyanızın güclü potensiala sahib olması müəyyən edilsə, seçiləcək.

Müraciətiniz RİTM İnkubasiya Proqramına daxil olmaq üçün seçilsə, sizinlə əlaqə qurulacaq və növbəti addımlar barədə məlumat veriləcək. Buna görə də əlaqə məlumatlarının dəqiq olması vacibdir.

Zəhmət olmasa, müraciətinizi göndərməmişdən əvvəl proqramın şərtlərini diqqətlə oxuyun.

Hələ də sualınız qalıbsa, ilk növbədə, sual-cavab ssəhifəsinə göz gəzdirin. Orada sualınıza cavab tapa bilməsəniz, [email protected] ünvanına məktub göndərin. DMT və TİM ilə də əlaqə saxlaya bilərsiniz.

Ulduz ( * ) işarəli olan məlumatlar mütləq doldurulmalıdır.

Öz ideyanızı təqdim etmək üçün son tarix: 6 avqust 2021-ci il.

Qeydiyyat

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir