8 Noyabr 14:54

Turizm və Qonaqpərvərlik sahəsində Əmək Yarmarkası

SİZİ TURİZM VƏ QONAQPƏRVƏRLİK SAHƏSİNDƏ İXTİSASLAŞMIŞ ƏMƏK YARMARKASINDA İŞTİRAK ETMƏYƏ DƏVƏT EDİRİK

Ölkədə ilk dəfə 24 Noyabr, 2018-ci il tarixində DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü, Dövlət Turizm Agentliyinin və AHA Azərbaycan Otellər Assosiasiyasının təşkilati dəstəyi ilə TURİZM VƏ QONAQPƏRVƏRLİK SAHƏSİNDƏ İXTİSASLAŞMIŞ ƏMƏK YARMASI keçiriləcəkdir.

Əmək Yarmarkası İşəgötürən şirkətlər üçün bir məkanda mövcud vakansiyaların elan edilməsi, əmək resurslarının ehtiyat bazasının yenilənməsi, vəzifə təlimatlarının, əmək şəraitinin, peşə standartlarının geniş kütləyə elan edilməsi və iş axtaranlarla üzbəüz müsahibə keçirmək üçün əvəzedilməz fürsətdir.

Layihə turizm və qonaqpərvərlik sənayesində əmək bazarı iştirakçılarının və təhsil müəssisələrinin işəgötürənlərlə daha çevik və səmərəli əlaqələrinin qurulmasına töhvə gətirən bir biznes platformadır.

Tədbir çərçivəsində işəgötürən şirkətlərin kadrlar üzrə mütəxəssisləri üçün “Əmək Qanunvericiliyi” mövzusunda Seminar və Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri ilə Dəyirmi Masa keçiriləcəkdir (23 Noyabr, saat 10.00-13.30).

İŞ AXTARANLAR VƏ KARYERA IMKANLARINI ARTIRMAQ ISTƏYINDƏ OLANLAR ÜÇÜN TƏDBIRDƏ IŞTIRAK ÖDƏNIŞSIZDIR.

Tədbirin gündəliyi:
24.11.2018
10:00-15:00 Əmək Yarmarkası

Keçirildiyi məkan:
Bakı Biznes Mərkəzi (http://bbm-az.com/)
Ünvan: Bakı Dənizkənarı Milli Parkı, Neftçilər pr., 44

Bəyən və paylaş

Rəylər

rəy(lər)