Bazar ertəsi, 1 Sentyabr, 2025

Türk Mühəndislik və Menecment Məktəbinə müəllimlərin işə qəbulu elan olunur


  • Dərc edildi: 31 Avqust, 2025 - 01:37
Türk Mühəndislik və Menecment Məktəbinə müəllimlərin işə qəbulu elan olunur

Azərbaycan Texniki Universiteti (AzTU) Yüksək Təhsil İnstitutunun (YTİ) Türk Mühəndislik və Menecment Məktəbinə 2025/2026-ci tədris ilinin payız semestrində tədrisin aparılması üçün müəllimlərin işə qəbulu elan olunur.

 

· Tədris Türkiyə türkcəsində aparılmalı;

 

· Namizəd seçim mərhələsində seçdiyi dərslərdən biri üzrə təqdimat etməli;

 

· Namizəd tədris edəcəyi fənn üzrə Sillabus formasına uyğun sillabus təqdim etməli;

 

· Seçim zamanı namizədin Türkiyənin aparıcı ali təhsil müəssisələrində təhsil alması və elmi dərəcəyə malik olması, hazırda Azərbaycan və ya Türkiyədə müəllim kimi çalışması, həmçinin dəvət əsasında tədris aparması üstülük hesab olunur. 

 

Tələb olunan xüsusiyyətlər:

 

· Ali təhsil: Müvafiq ixtisas üzrə magistr dərəcəsinə malik olmaq (doktorantura təhsili arzuolunandır);

 

· Ali təhsil müəssisəsində və ya müvafiq sahədə minimum 3 il pedaqoji və ya elmi-praktik iş təcrübəsi;

 

· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) və elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı;

 

· Tətbiqi proqramlardan istifadə bacarığı (müvafiq proqram təminatları və texniki alətlərlə işləmə);

 

· Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;

 

· Koordinasiya etmək bacarığı. 

 

Kompüter texnologiyaları kafedrası üzrə

 

· Müasir data strukturları və alqoritmləri

 

· Müasir şəbəkə texnologiyaları

 

· Bulud hesablamaları və virtuallaşdırma

 

· Süni intellekt və maşın öyrənməsi tətbiqləri 

 

Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrası üzrə

 

· Daşımalarda kommersiya fəaliyyəti

 

· Nəqliyyat-logistik infrastrukturun planlaşdırılması

 

· Nəqliyyat sistemlərində risk və böhran mühəndisliyi

 

· Nəqliyyat mobilliyi 

 

Mühəndis riyaziyyatı və süni intellekt kafedrası üzrə

 

· Data strukturları və alqoritmləri (Data structures and algorithms)

 

· Maşın təliminin riyazi əsasları (Mathematical foundations of machine learning)

 

· Süni intellektin əsasları (Fundamentals of artificial intelligence)

 

· Verilənlərin intellektual analizi (Data mining) 

 

Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları üzrə

 

· Beynəlxalq iqtisadi siyasəti

 

· Beynəlxalq ticarət hüququ

 

· Biznes kommunikasiya bacarıqları

 

· Gömrük işinin təşkili beynəlxalq ticarət tənzimləmələri

 

· Logistika əməliyyatları

 

· Beynəlxalq iqtisadi siyasəti

 

· Makroiqtisadiyyat

 

· Menecment

 

· Mikroiqtisadiyyat

 

· Statistika

 

· Biznesin idarəçiliyinin əsasları

 

· Korporativ sosial məsuliyyət

 

· Liderlik və təşkilati davranış

 

· Risk menecmenti

 

· Strateji idarəetmə

 

· Tədqiqatın metodologiyası 

 

Müraciət qaydası:

 

Tələblərə uyğun namizədlər mövzu yerində iddia etdikləri fənn və ya fənlərin adlarını qeyd etməklə öz CV-lərini və tədris etməyi nəzərdə tutduqları fənn üzrə sillabuslarını [email protected] elektron ünvanına göndərə bilərlər. 

 

Sillabus forması (yüklə)

 

Müraciət üçün son tarix: 10.09.2025

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 973
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 199
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7862
Sumqayıt Dövlət Univ...