18 Fevral 19:47

“Türkiyə Cümhuriyyəti Azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında” mövzusunda Respublika tələbə-gənclərinin elmi konfransı keçiriləcək

Bakı Dövlət Universitetinin (BDU) Türk xalqları tarixi kafedrasının təşəbbüsü ilə “Türkiyə Cümhuriyyəti Azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında” mövzusunda Respublika tələbə-gənclərinin elmi konfransı keçiriləcək.

BDU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, 2016-cı il may ayının 19-20-də baş tutacaq konfrans Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 135 illik yubileyinə həsr olunacaq. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura şöbələrində təhsil alan tələbələrin iştirakı ilə keçiriləcək konfrans “Türkiyənin Cümhuriyyət dövr tarixi”, “Türkiyə beynəlxalq münasibətlər sistemində”, “Türkiyə – Azərbaycan münasibətləri”, “Atatürk və biz” adlı bölmələrdə keçiriləcək. Məruzləri Azərbaycan, türk, rus və ingilis dillərində ediləcək. Konfransın daha bir bölməsi türkiyəli gənclərin yuxarıda qeyd edilən məsələlərlə bağlı düşüncələri, araşdırmalarının dinlənilməsinə həsr olunacaq. Bu bölmədə müzakirələrə Azərbaycanda təhsil alan türkiyəli tələbələr qatıla biləcəklər.

Konfransın təşkilat və elmi komitələrində Türk xalqları tarixi kafedrasının əməkdaşlıq etdiyi Uludağ (Bursa, Türkiyə) və İstanbul Gelişim Universitetindən mütəxəssislər yer alıblar.

1+ konfransın elanı

4 Müraciət forması

TƏŞKILAT KOMİTƏSİ İLƏ ƏLAQƏ
E-mail ünvanları
Türk xalqları tarixi kafedrası – [email protected]
Dos.Sevinc Ruintən – [email protected]
Telefonlar:
Türk xalqları tarixi kafedrası – (012) 539 08 56
Tarix fakültəsinin dekanlığı – (012) 539 11 17

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)