Tələblər:
· Müvafiq sürücülük vəsiqəsi (B, C kateqoriyası);
· Sürücü olaraq ən azı 3 il iş təcrübəsi;
· Yol hərəkəti qaydaları və nəqliyyat vasitələrinin texniki xidmət qaydaları barədə biliklər;
· Nizam-intizamlı, məsuliyyətli və diqqətli olmaq;
· Dil biliyi: Azərbaycan və türk dillərində sərbəst ünsiyyət qurmaq bacarığı (əlavə dil biliyi üstünlük olaraq qəbul olunacaq).
Əsas vəzifələr:
· Rəhbərliyin işgüzar səfərlərinin təhlükəsiz və vaxtında həyata keçirilməsi;
· Avtomobilin təmiz və saz vəziyyətdə saxlanılması;
· Avtomobilin təmir və texniki xidmət planına uyğun olaraq təmir mərkəzlərinə vaxtında aparılması;
· Universitet tədbirlərində və ezamiyyələrdə nəqliyyat xidməti göstərilməsi;
· Yol hərəkəti qaydalarına ciddi riayət edilməsi və təhlükəsizlik standartlarının təmin edilməsi;
· Avtomobilin yanacaq sərfiyyatının uçotunun aparılması və hesabatların təqdim edilməsi.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 15.09.2025