13 Fevral 09:21

Türkiyə Respublikasının səfiri ADAU-da olub

Edumap.az xəbər verir ki, Türkiyə  Respublikasının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Gəncə şəhərinə səfəri çərçivəsində  Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşən qonaq universitetin Aqrar elm, Təhsil və Cümhuriyyət muzeyi, burada olan eksponatlarla yaxından tanış olub. Muzeyin direktoru Şəhla Məmmədova qonağın maraq göstərdiyi bölmə və eksponatlar barədə dolğun məlumatlar verib. Səfir həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyət göstərdiyi tarixi binanı gəzib. Qonağı Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşık müşaiyət edib.

Sonda səfir Erkan Özoral muzeyin xatirə kitabına ürək sözlərini və təəssüratlarını yazıb.

Bəyən və paylaş

Rəylər

rəy(lər)