30 Sentyabr 20:37

Türkiyədə təhsil alan azərbaycanlı alimlərin Bakı Forumu keçiriləcək

Əziz Türkiyə Universitetləri məzunları,

Oktyabrın 11-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində Türkiyədə təhsil alan azərbaycanlı alimlərin Bakı Forumu keçiriləcək.

Forum “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutacaq.

Məqsəd ölkəmizin müstəqilliyinin bərpasından sonra Türkiyə universitetlərindən məzun olmuş Azərbaycan vətəndaşlarını Forum çərçivəsində bir araya gətirməkdir.
Forumun panel iclaslarında qardaş ölkənin universitetlərindən məzun olan azərbaycanlılar çıxış edəcəklər. İclaslarda Türkiyə universitetlərində təhsil almış azərbaycanlı alimlərin respublikamızın inkişafında, sosial-iqtisadi həyatında, eləcə də təhsil və elm sahəsində fəaliyyəti, onların iki ölkə arasında əlaqələrə təsir imkanları, bu istiqamətlərdə gələcək hədəflər müzakirə olunacaq.
Tədbirdə iştirak etmək istəyənlərdən mövzulara uyğun olaraq məruzələrini, sərbəst çıxışlarının mətnlərini (5-7 dəqiqə) oktyabrın 1-dək [email protected] ünvanına göndərmələri xahiş olunur. Məqalələr kitab şəklində çap ediləcək.
Müraciət zamanı iştirakçının adı, ata adı, soyadı, bitirdiyi universitetin adı və telefon nömrəsi də qeyd olunmalıdır.
Tarix: 11 Oktyabr
Saat: 13:30
Ünvan: Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) IV tədris binası, Türk Dünyası İqtisad Fakültəsi, Abbas Səhhət 45A (Bakı Şəhər Təhsil İdarəsinin yanı)

Bəyən və paylaş

Rəylər

rəy(lər)