Türkiyəli alimlər Xəzər Universitetində seminar keçirəcəklər

Türkiyəli alimlər Xəzər Universitetində seminar keçirəcəklər

2020-ci il yanvarın 21-i saat 15:00-da Xəzər Universitetinin Həyat elmləri departamentinin təşkilatçılığı ilə Türkiyənin Bursa Uludağ Universitetinin Aqronom fakültəsinin alimləri professor Ahmet İpek və Dr. Sevin Teoman Duran tərəfindən seminar keçiriləcək. Seminar “Bitkilərdə klassik və yeni nəsil sekvnator vasitəsilə genlərin xəritələşdirilməsi (Using classical and next generation sequencing based DNA markers for mapping genes in plants)” mövzusunda olacaq.

Tədbir universitetin “Neftçilər” kampusunda (Məhsəti küç., 41), 101N otağında baş tutacaq.

Bütün PhD və magistr tələbələr, həmçinin, mövzu ilə maraqlanan hər kəs tədbirə dəvət olunurlar.

Əlavə məlumat və qeydiyyat üçün [email protected] əlaqə saxlamaq olar.

Bir cavab yazın

Back to top button