11 Yanvar 18:53

Türkiyənin İnsan Resursları üzrə  tanınmış mütəxəssisi Bakıda!

Türkiyənin İnsan Resursları üzrə  tanınmış mütəxəssisi,  “Mülakat Ve İş Arama Teknikleri” kitabının müəllifi Fatih Baycan 25 yanvar Bakıda!

 

NR Academy, The Secret Business Academy və Müasir Azərbaycan Beynəlxalq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 25 yanvar  2020-ci il tarixində, saat 11:00-da Landmark oteldə Fatih Baycanın “İşə qəbul və performans dəyərləndirilməsi” adlı möhtəşəm seminarı keçiriləcək.

 

Seminar İnsan Resursları (İR) üzrə direktor və menecerlər, rəhbərlər və tələbələr üçün nəzərdə tutulmuşdur.

 

Fatih Baycan kimdir?

Universitet təhsilini “Müvəffəqiyyət təqaüdü” ilə “Biznesin idarə edilməsi” ixtisası üzrə bitirən Fatih Baycan peşəkar iş həyatına ilk addımlarını  Türkiyənin aluminium-metal istehsalında ilk sıralarda olan Çuhadaroğlu Holdinqin İnsan Resursları departamentində atmışdır. İR  sahəsindəki biliklərini  fərqli biznes sektorlarında təkmilləşdirmək üçün turizm sektoruna transfer olaraq Holiday Inn, Doubletree by Hilton və Hilton Garden Inn otellərində uğurlu işləri və layihələri ilə özünü bu sahədə tanıtmışdır.

“Mülakat Ve İş Arama Teknikleri” adlı kitabı ilə diqqət çəkən Fatih Baycan hazırda universtetlərdə və özəl şirkətlərdə  İR bağlı seminarlar keçməklə yanaşı,  karyerasını Titanik Otellərinin İnsan Resursları İstanbul Bölgə Müdürü və turzim sahəsinə sərmayə yatırmaq istəyən iş adamları üçün  yaradılan “H&F Otel Danışmanlık” şirkətinin həmtəsisçisi və məsləhətçisi kimi davam etdirir.

 

Məkan: The Landmark Hotel Baku

Tarix: 25.01.2020                                                                                                                          Saat: 11:00-14:00

 

Diqqət! Seminarda SÜRPRİZ qonaq olacaqdır.

Seminarın moderatoru: Aytən Rzayeva

 

Ödəniş: 30 Azn

Tələbələr üçün 25 azn + Fatih Baycanın “Mülakat Ve İş Arama Teknikleri” adlı imzalı kitabı hədiyyə.

 

Tədbirin proqramı:

10:30-11:00 – qeydiyyat və yerləşmə;

11:00-11:45 – I panel, Fatih Baycan, “İşə qəbul və seçim” ;

11:45-12:00 – I panel, sual-cavab.

 

12:00-12:30 – qonaq spikerin çıxışı;

12:30-13:00 – kofe – breyk fasiləsi, netvörkinq;

13:00-13:45 – II panel, Fatih Baycan, “Performans dəyərləndirilməsi”;

13:45-14:00 – II panel, sual-cavab.

 

Seminarda bütün iştirakçılara Sertifikatlar təqdim olunacaq və Fatih Baycanın “Mülakat Ve İş Arama Teknikleri” adlı imzalı kitabını əldə etmək imkanı yaradılacaq. Aktiv iştirakçılara hədiyyələr olacaqdır.

 

Bilet sifarişi üçün onlayn qeydiyyat: http://bit.do/fmf8W (biletlərin çatdırılması ödənişsizdir)

 

Biletlər üçün whatsapp  və ya zəng də edə bilərsiniz:

Mob: (+99450) 6758990

Bəyən və paylaş