5 Dekabr 11:24

TV Formatında Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi

Edumap.az xəbər verir ki, ELSA Azərbaycan təşkilatı tərəfindən artıq 6-cı ildir ki, təşkil olunan və ənənəvi hal alan Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi bu akademik fəaliyyət ilində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə ilk dəfə olaraq TV formatında keçiriləcək. Artıq iştirakçılar öz hüquqi biliklərini inkişaf etdirməklə qalmayıb, həm də bunu yüzlərlə tamaşaçının qarşısında nümayiş etdirmək şansı qazanacaqlar.
Televiziya formatında Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsinin əsas məqsədi iştirakçılara milli qanunvericilik sahəsində yeni biliklər və məhkəmə sahəsində təcrübə qazandırmaqdır. Həmçinin iştirakçılar məhkəmə prosesləri zamanı düzgün məhkəmə çıxışını öyrənərək bu sahədə böyük təcrübə qazanacaqlar.
Müsabiqədə yalnız ikinci və daha yuxarı kurs hüquq tələbələri (bakalavr və magistr) iştirak edə bilər.

Komanda iki nəfərdən ibarət olmalıdır.

C Ə D V Ə L
02.12.2016 – Yarışmanın elan olunması
01.02.2017 – Qeydiyyat üçün son tarix
05.02.2017 – Qeydiyyatı uğurlu olan şəxslərə təsdiq mailinin: müsabiqə zamanı analiz edilməsi tələb olunan keysin göndərilməsi və müsahibəyə çağrılması
11.02.2016 – Müsahibə
15.12.2016 – Proseslərdə iştirak haqqı qazanan ən yaxşı 8 komandanın elan olunması, onlara materialların və keysin göndərilməsi
25.02.2017, 26.02.2017 -Təlimlərin keçirilməsi
05.03.2017 – 1/4 final. Ən yaxşı 4 komandanın müəyyən olunması
12.03.2017 – 1/2 final. Ən yaxşı 2 komandanın müəyyən olunması
19.03.2017 – Final. Qaliblərin elan olunması

MÜKAFATLAR
1-ci yeri tutmuş komanda: 800 AZN
2-ci yeri tutmuş komanda: 400 AZN
3-cü yeri tutmuş komanda: 200 AZN

Hər hansı sualınız olsa, [email protected]org ünvanına müraciət edə bilərsiz

Uğurlar!

Q E Y D İ Y Y A T
Qeydiyyat üçün son tarix – 01.02.2017. Aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz:

LİNK

Bəyən və paylaş

Rəylər

rəy(lər)