11 Aprel 11:22

Twitter-in Kəlməsi Qızıl Oğlanları

Xanımlar inciməsin, sadəcə məşhur ifadə olduğu üçün istifadə etdim

Twitter Fenomenləri

Instagram fenomeninin paylaşdığı kontentlə Twitter fenomeninin paylaşdığı kontent bir ola bilməz, təbii ki. Twitter  fenomeninin partner reklam paylaşması sizə heç nə qazandıran deyil

Onların kontentinin bu qədər dəyərsiz olmasının səbəblərindən biri gün ərzində 10-a yaxın tvit atmalarıdır. Bəzilər isə  mənasız, bayağı. Bəzən ürəkbulandırıcı səviyyəyə qədər düşə bilir. Nəticədə sözünün kəsərliliyi azalır.  Ümumi olaraq Twitter istifadəçiləri yerli-yersiz söz oyunu edərək var olmağa çalışırlar 🙂 Kopirayter axtarırsınızsa o platformada elan verə bilərsiniz.

 

f.png

Və unutmayaq ki, paylaşımlar əksər hallarda sadəcə mətndən ibarət olur. Məzmun yoxsunluğu onların gəlir əldə etməsinə mane olur.

Twitter fenomeni deyildiyində ilk düşündüyüm Rəsul Zahidov oldu 🙂

Milli Twitter starı saya bilərik.

hh

Twitter aktiv istifadə edən yerli auditoriya o qədər azdır ki, az qala hər kəs bir-birini tanıyır. Və səhv etdiyiniz zaman asanlıqla birləşib sizi linç edə bilərlər.

Fərd yox, hansısa bir markanı təmsil edirsinizsə işiniz olduqca qəliz olardı.

Ümumiyyətlə Twitter-də kontentin ömrü 1-2 saatdan çox çəkmir. Yerli Twitter istifadəçilərinin gördüyü ən faydalı iş köməyə ehtiyacı olanların səsinə səs vermələridir. Öz dostuna 2-ci qurup qan lazım olan birinin paylaşımının qısa zaman da 100-lərlə retvit edildiyini gördüm 👏

Twitter-də izləyici sayınız 4000 mindən çoxdursa “star” olmasanız belə (və ya oranın Bəxtiyar Hacıyevi) söz haqqına sahibsiniz deməkdir. Twitter gəncliyi daha sərbəsdir deyə bilərəm. Amma xanımlarda  yenə də bir limitin olduğunu görə bilərik.

Markalar…

Markalarımız baxımından Twitter tövsiyə etmirəm. Nə reklam baxımından, nə də kontent. Əgər qlobala açılan brendsəniz iş dəyişir. Bildiyiniz kimi qlobal markalar üçün Twitter Facebook-dan daha əvvəl gəlir.

Ümumiyyətlə platforma markalara nisbətən fərdlərin paylaşımlarını daha çox irəli çəkir. Mənə maraqlı gələn yerli istifadəçilərimizdir. İstifadəçilərin əksər hissəsinin paylaşımlarına 1, bəzən isə heç bir reaksiya gəlmir, amma o elə hey yazmağa, spam etməyə davam edir 😂

Twitter-i mən də sevirəm. Xüsusən də qlobal markaları izləmək üçün istifadə edirəm. Heç nəyi izləməsən belə Netflix Türkiyə kanalını necə izləməyəsənki 😌

Yerli markalarımıza gəldikdə isə görünndüyü kimi Twitter-in “başını buraxıblar” 🙊

İzləyici sayı 1500-dən çox olan marka barmaqla sayıla biləcək qədərdir.

Elə barmaq sayımız qədər 🙌

t

Azercell-in əzici bir üstünlüyü var.

Və bu da son bir ayda sürətlə artan markalar.

t1

Təəssüf ki, heç bir markamız Twitter-ə özəl olaraq yanaşmır.

Bəs sizcə Twitter markalarımız üçün gərəklidirmi?

Müşfiq Şirəliyev

Bəyən və paylaş