Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu

Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu 2 avqust 2021-ci il tarixindən etibarən “Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsinə start verilib. Layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan gəncləri onlar üçün yaradılan fürsətlər barədə məlumatlandırmaq və inkişaflarına dəstək olmaqdır.


Bu məqsədlə 10 gənclər təşkilatının nümayəndələri tərəfindən 1 ay ərzində hər birində 2 gün olmaqla 10 ucqar kəndə səfər edərək kənd gəncləri üçün müxtəlif təlim və vörkşopların keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, ucqar kənd gənclərinə gənclər siyasəti, gənclər təşkilatları haqqında məlumatlar, gənclərlə iş, həmçinin uğurlu karyera, düzgün peşə seçimi, motivasiya mövzularında karantin qaydalarına uyğun formatda vörkşoplar da keçirilir. Layihə çərçivəsində ilkin səfərlər Azərbaycan Skautlar Assosiasiyasının Tərtər rayonunun Seydimli kəndinə, həmçinin Avropa Hüquqşunas Tələbələr Assosiasiyası Bakı İctimai Birliyinin Beyləqan rayonunun Kəbirli kəndinə olmuşdur. 1 ay müddətində həyata keçiriləcək layihə daha 8 rayonu əhatə edəcək. Məlumat üçün qeyd edək ki, layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Gənclər Fondudur.

Səfər olunacaq digər rayonlar:

1. Astara rayonu, Hamuşan kəndi.

2. Balakən rayonu, Qazbölük kəndi.

3. Göygöl rayonu, Zurnabad kəndi.

4. Gədəbəy rayonu, Şınıx kəndi.

5. Qazax rayonu, Şıxlı kəndi.

6. Quba rayonu, Xınalıq kəndi.

7. Lerik rayonu, Siyov kəndi.

8. Tovuz rayonu, Yanıqlı kəndi


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az