25 Noyabr 18:20

“Uğur Hekayəsi” layihəsi

Əziz tələbələr!

Sizi Azərbaycan “Gənclər Fondu”nun maliyyə dəstəyi “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İB-nin təşkilati dəstəyi ilə 27 noyabr saat 11:00-da UNEC-in əsas tədris binası Heydər Əliyev mərkəzində təşkil olunacaq “Uğur Hekayəsi” layihəsində iştirak etməyə dəvət edirik.

Layihənin həyata keçirillməsində məqsəd uğursuzluqdan əziyyət çəkən, bunu özünə böyük problem edən gənc dostlarımıza çıxış yolu göstərmək, onların sosial-mənəvi müdafiəsinə dəstək olmaq, cəmiyyətə inteqrasiyası prosesinə kömək etməklə bu tip gənclərdə pozitiv ruh, mübarizə əzmini formalaşdırmaq və özünə inamı artırmaq. Hər şeyin insanın öz əlində olmasını beyinlərə yaratmaq.Bəli, həyatda mümkünsüz heç nə yoxdur.

Onuda qeyd edək ki, iştirakçılara eyni adlı kitab təqdim olunacaq.

İştirak etmək istəyənlər ad, soyad, təhsil aldıqları universitet və əlaqə vasitələrini [email protected] mail ünvanına göndərsin.

Bəyən və paylaş