23 İyul 23:50

Uğurlu CV və Müsahibə təlimi

Təşkilatçılar:
– AYAFE Gənclər Təşkilatı
– Bilik və İnnovasiya İctimai Birliyi

– Sabunçu Gənclər Evi

Media dəstəyi:
– Edumap.az təhsil portalı

Uğurlu karyeranın təməlində düzgün hazırlanmış CV və yaxşı keçən iş müsahibəsi dayanır. Hər bir namizədə ilkin olaraq CV-sinə görə, daha sonra isə müsahibədəki performansına görə qiymət verirlər.
Müsahibənin təkcə işəgötürənin iş üçün müraciət edən şəxsi tanıması üçün olduğunu düşünmək yanlış bir fikirdir. Müsahibənin məqsədi hər iki tərəfin bir-birləri haqqında təəssüratlarının yaranmasıdır.

Məhz bütün bunları nəzərə alaraq CV hazırlanmasına və müsahibələrə ciddi yanaşmalısınız.
Uğurlu CV və müsahibənin sirlərinə yiyələnməkdə isə məhz bu seminar yardım edəcək!

Təlimçi – Əkbər Mikayılov

Əkbər Mikayılov ASAN Tədris və Təlim Mərkəzində çalışır. ADA Universitetində və Türkiyənin nüfuzlu universitetlərindən biri olan Abdullah Gül Universitetində Biznesin İdarəedilməsi üzrə təhsil almışdır. Bir sıra beynəlxalq mübadilə proqramlarının iştirakçısı olmuşdur. Həmçinin çoxlu sayda yerli və beynəlxalq layihələrinin təşkilində iştirak etmişdir.

Tarix: 27.07.2019, saat 12:00

Qeydiyyat linki: https://forms.gle/jWf8C8tckRtpWerz8

Bütün iştirakçılar sertifikatla təltif olunacaqlar.

Qeydiyyatdan uğurla keçən şəxslərlə e-mail vasitəsilə əlaqə saxlanılacaqdır.

Bəyən və paylaş