“Uğurlu İntervyu!” təlimi

Uğurlu karyeranın ilk pilləsində uğurlu iş müsahibələri dayanır. Amma aydındır ki, bütün müsahibələr hər zaman uğurlu alınmaya bilir. Bəzən kifayət qədər istedadlı, bacarıqlı və təcrübəli biri iş müsahibəsindən keçə bilmədiyi halda, ondan daha az biliyə və təcrübəyə malik olan şəxs uğur qazanır.

“Dadashsoy Business School” tərəfindən “Uğurlu İntervyu!” təlimi sizlər üçün təşkil olunmuşdur!

2 saat davam edəcək real nəzəri və praktik təlimdən öyrənəcəksiz:
İş tapa bilməyən dostlarımızın iş görüşməsindəki xətaları;
İş görüşməsi zamanı verilən suallar və onlara verilməsi lazım olan cavablar;
«İş təcrübəm yoxdur deyə məni işə götürmürlər» probleminin həlli;
«Ali təhsilim, iş təcrübəm, dil biliklərim, kompyuter biliklərim və sertifikatlarım var, amma məni işə
götürmürlər» probleminin həlli;
«Öz adamlarını işə götürürlər» probleminin həlli;

TƏLİMİN VAXTI:
15 dekabr(Bazar),
Saat 11:00

TƏLİMÇİ:
Bayram Bayramov

•2015-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə magistr dərəcəsini bitirmişdir.
•Hərbi xidməti və
Bakıda magistr təhsilini bitirdikdən sonra 2015-ci ildən Naxçıvan şəhərində «Ləzzət Qida Sənaye» MMCdə işə başlamış və 1 ay sonra Naxçıvanda ilk dəfə İnsan Resursları şöbəsini yaradaraq onun rəhbəri vəzifəsinə təyin olunmuşdur.
•Elə həmin il «Ləzzət Biskvit və Şokolad Fabriki» MMC və «Ləzzət Broyler» MMC-də də İnsan Resursları şöbəsi yaratmış və 3 şirkətin İR şöbəsinin vahid mərkəzdən idarə
edilməsini təmin etmişdir.
•2017-ci ildə Babək «Sirab» ASC-nin İnsan Resursları şöbəsinin qurulması üçün dəvət almış və həm «Ləzzət» şirkətlər qrupunun, həm də Babək «Sirab» ASC-nin İnsan Resursları şöbəsinə rəhbərlik etmişdir.
•2018-ci ildə isə Bakıda «AK ÖZEROL» MMC-də (restoranlar şəbəkəsi) İnsan Resursları şöbəsinin sıfırdan yaradılması üçün təklif almış və bu işi uğurla başa çatdırmışdır.
•Hal-hazırda «Ləzzət» şirkətlər qrupunun, «Babək Sirab» ASC-nin və «AK ÖZEROL» MMC-nin İnsan Resursları şöbələrinə rəhbərlik edir.

TƏLİMİN QİYMƏTİ
Standart – 20 AZN
Tələbələr üçün – 15 AZN

QEYDİYYAT LİNKİ⤵
https://forms.gle/NRBRm1FXce8TfC4g6

Yalnız qeydiyyatdan keçən ilk 30 nəfər təlimdə iştirak edə biləcək. Yerlər dolduqdan sonra müraciətlər dayandırılacaqdır. Sonda iştirakçılara “Sertifikat” təqdim olunacaq.

Ünvan: Süleyman Rəhimov küçəsi 309/53 (Heydər Əliyev adına sarayın yanı)
World Business Centre, 5-ci mərtəbə Dadashsoy Business School

Ətraflı məlumat və suallar üçün:
050 299 94 29 (WhatsApp)
050 205 40 75

Bir cavab yazın

Back to top button