17 May 07:43

“Uğurlu karyera üçün nələr etməli?” ödənişsiz seminar

Təhsil cəmiyyət üçün olduqca vacib bir amildir. Düzgün verilmiş təhsil gələcəyin təminatıdır. Əgər uğurlu bir karyera kimi hədəfiniz varsa, bu yolda sizlərə lazım olan bilik bacarıqlarınızın düzgün istiqamətlənməsidir.

 

Karyera əksər düçüncələrin əksinə başqaları tərəfindən deyil, insanın özü tərəfindən idarə edilməli olan bir prosesdir

Seminarda əmək bazarının, müxtəlif şirkət və qurumların müasir tələblərinə uyğun olaraq namizədlərin Karyera Planlaşdırılması mövzusunda qarşılaşdıqları əsas çətinliklərdən bəhs olunacaq.

 

Təlimin mövzusu: “Uğurlu karyera üçün nələr etməli?”

 

Təlimdən əldə edəcəksiniz:

– Karyera Planlaşdırılması üçün son dərəcə mühim olan Hədəf və Məqsədlərin düzgün müəyyənləşdirilməsi

– Namizədlərin fərdi SWOT analizinin hazırlanmasının əhəmiyyəti

– Fəaliyyət planının (Action Plan) hazırlanması

– Karyera Planlaşdırılmasında “Vaxt” anlayışı

– Təhsil müddətində əldə edilən “İş təcrübəsi”nin əhəmiyyəti

– Niyə biz “Təcrübəm yoxdur” və ya “Mənə uyğun iş yoxdur” bəhanələrinin arxasında gizlənirik?

 

Təlimdə iştirak ödənişsizdir.

 

Təlimçi: Abid Səmədov

Türkiyənin Mimar Sinan və Bakı Slavyan univerisitetlərində təhsil almışdır. Azinka İnsan Resursları və Karyera Mərkəzində əvvəlcə İşçi seçimi üzrə mütəxəssis, daha sonra isə Direktor müavini olaraq çalışmışdır. Karyerasını LC Waikiki Azərbaycan şirkətində İşçi seçimi üzrə mütəxəssis kimi davam etdirən Abid Səmədov hal hazırda Dərs Evi şirkətində İnsan Resursları üzrə mütəxəssis vəzifəsində çalışır. Bununla yanaşı Abid Səmədov həm də 4M Academy İnkişaf və Karyera bələdçiliyi üzrə ixtisaslaşmış karyera akademiyasında Təlimçi və Konsultant olaraq fəaliyyət göstərir.

 

Təlimin vaxtı: 21 may saat 14:30

Təlimin müddəti: 2 saat (15 dəq. fasilə)

Təlimin keçiriləcəyi yer: Reduco Tədris Mərkəzinin Bakı filialı: Cəfər Cabbarlı 29, Nizami metrosunun yaxınlığı.

 

Təlimin sonunda bütün iştirakçılara sertifikat veriləcək.

 

Təlimdə iştirak etmək istəyənlər “Adını, soyadını, əlaqə nömrəsini” qeyd edib [email protected] elektron ünvanına göndərsinlər.

 

Əlaqə vasitələri: (+994) 50-524-11-22

(+994) 70-524-11-22

(+994 12) 594-12-76

(+994 12) 594-20-42

 [email protected]

Bəyən və paylaş