9 Mart 21:41

“Uğurlu qadın – hədəfə gedən yol” (Ödənişsiz seminar)

Qadın İnkişaf Mərkəzi və CIBS (Caspian İnternational Business Services) şirkəti birgə seminarını sizə təqdim edir!

“UĞURLU QADIN – hədəfə gedən yol” (sadəlikdən möhtəşəmliyə doğru)

Bütün xanımlar bir şeyi düşünür, “Necə xoşbəxt olmaq olar”. Bunu həqiqətdə istəyən xanımların isə bir iddiası var : “ BU MƏNİM HAQQIMDIR”

Müasir dövrdə əsl qadın kimi qala bilmək bununla yanaşı bizə vacib olan dəyərləri qoruyub saxlamaq elə də asan iş deyil. Bəzən cəmiyyət qadını kişi kimi davranmağa təhrik edir . Belə həyatda da kübar və xoşbəxt olmağı bacarmaq qadının həyatını iki qat ağırlaşdırmış olur. Qadın özünə hər zaman dəstək axtarır bu isə çox zaman dildə olur qadına sözdə yox həqiqətdə azadlıq lazımdır. Qadın qarşısına məqsəd qoyubsa, ona mütləq nail olacaq ! Siz yəqin ki, ətrafınızda belə xanımlara rast gəlmisiniz. Zövqlü, təbəssüm saçan,cazibədar,səmimi,özünə əmin və sizə elə gəlir ki, onlar yaradılışdan bunlara sahibdirlər. Maraqlı iş,motivasiya dolu həyat,harmoniyalı münasibət,möhtəşəm ailə sevimli qadın bütün bunlar haqda belə deyirlər : “ BƏXTƏVƏR”! Bu bəxti gətirmişlik deyil bir qadının öz xoşbəxtliyi uğrunda mübarizə apardıqlarıdır. Dəyərli xanımlar daxilinizə yönəlmiş olsanız görərsiniz ki, sizin də o xanımlardan biri olmağınız üçün yetəri qədər potensialınız var sadəcə bunları kəşf etmək lazımdır. Və bu səbəbdən də BİZ SİZİN YANINIZDAYIQ.

-Problemlərin aradan qaldırılması üçün …
– Düzgün ünsiyyət qurmaq ,insan tanımaq ,vaxtında və doğru qərar qəbul vermək,hadisələrə kənardan baxmaq,emosiyaları idarə etmək və özünə əminlikdən asılıdır. ÇAĞDAŞ DÖVRÜN XANIMI ailədə,karyerada,sosial münasibətlərdə üstünlük qazanmaq və uğur əldə etmək istəyirsə, o zaman bu keyfiyyətlərə sahib olması şərtdir!

– İnsan tanıma
– Emosiyaları idarə etmək
– Effektiv ünsüyyət qurmaq
– İdarə etmək və liderlik
– Özünə əminlik və özgüvən hissi
– Özünü düzgün qiymətmətləndirmə və təqdim etmə SEMİNARDA NƏTİCƏ OLARAQ ƏLDƏ EDƏCƏKSİNİZ.. DİQQƏTLİ OLUN! İLK ÖNCƏ SİZƏ KİMLƏ MÜNASİBƏTLƏRİNİZİ DÜZƏLTMƏK LAZIMDIR…
1)Ailə üzvlərinizlə konfiliktsiz münasibət quracaq və istədiyiniz nəticəni əldə edəcəksiniz.
2)Özünüzə əminliyin artması ilə işinizdə daha da uğurlu və perspektivli nəticələr əldə edəcəksiniz.
3)Çevrənizi genişləndirməklə sosial mühitdə daha da aktiv olacaq dost, sevgi münasibətlərində uğurlu nəticələr əldə edəcəksiniz.

AÇAR SÖZ : Heç bir şey göründüyü qədər asan , həll olunmayacaq qədər çətin deyil!

TƏLİMÇİLƏR:
GÜLNARƏ TAĞIYEVA
Qadın İnkişaf Mərkəzinin təsisçisi , CIBS (Caspian International Business Services) təlim mərkəzinin direktoru, şəxsiyyətlərarası münasibət üzrə konsultant, coach, insan davranışları üzrə mütəxəssis, Rusiyanın “Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri

SEVDA TAHİRLİ — bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosent. Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidentidir. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır.

SUĞRA BAĞIRZADƏ — Azərbaycan aktrisası və rəssamı, Azərbaycan Respublikasının əməkdar artisti , “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı. 29 iyun 2015-ci ildə türk dünyası mədəniyyətinə verdiyi töhfələrə və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri Doktoru” adına layiq görülmüşdür

KƏMALƏ HÜSEYNOVA – Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsində ali təhsil almışdır. 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür

LEYLA ZÜLFÜQARLI – 2008-ci ildə Azərbaycanda ali tibbi təhsilini bitirdikdən sonra “Diyetoloq” olaraq ixtisaslaşmış və 2010-cu ildə Ukraynada Diyetoloqlar Assosiyasıyasının “Школы Диететики ” təhsil sistemini bitirir. Bir sıra Beynəlxalq Konfranslarda iştirak etmiş və “İlin Nüfuzlu Həkim Diyetoloqu” nominasiyasına layiq görülmüşdür.

Seminarın başlanma tarixi: 02.04.2017
Seminarın başlanma saatı: 12:00 15:00 (Cofee break)

Seminar ödənişsizdir.

QEYD* Seminara yalnız 22 yaşdan yuxarı qeydiyyatdan keçən xanımlar qoşula biləcəklər.
Qeyidyyat linki: http://bit.ly/2n30eu6
___________________________________________________
Seminar Qafqaz Biznes Mərkəzində keçiriləcəkdir.
Əlaqə vasitələri: 012 505 47 46; 055 374 80 63

Bəyən və paylaş