“UI/UX Dizayn” istiqaməti üzrə qısamüddətli təlim

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi“UI/UX Dizayn” istiqaməti üzrə qısamüddətli təlimə müraciətlər qəbul edir.


Təlim iştirakçıları 3 ay müddətində keçiriləcək intensiv təlim zamanı Figma, Adobe XD, Sketch kimi proqram təminatları ilə işləmək bacarıqları, veb dizaynın əsasları, UX və UI dizayn haqqında nəzəri və praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlim zamanı iştirakçılara real iş mühitində işləmək imkanı da yaradılacaq.


Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.


Əsas seçim meyarları:


Orta ixtisas və ya ali təhsilli şəxslər və ya tələbələr;


advertisement

Veb dizayn üzrə ilkin biliklərin olması üstünlükdür;


İnformasiya texnologiyaları üzrə texniki səviyyədə ingilis dili bilikləri üstünlükdür.


Təlimin müddəti: 3 ay


Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.


Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.


advertisement

Müraciətləri 10 avqust, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsi ilə göndərə bilərsiniz:


https://forms.office.com/r/34dHWRYdpN



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az