UI/UX dizayner (tədris üçün) vakansiyası

UI/UX dizayner (tədris üçün) vakansiyası.

Haqqımızda:
STEP Beynəlxalq Kompüter akademiyası artıq 21 ildir ki, fəaliyyət göstərir. Akademiyanın dünyanın 20 ölkəsində 95 filialı var.
Akademiyamız kompüter təhsili sahəsində ixtisaslaşıb. Missiyamız tələbələrimizi yeni texnologiyalarla tanış edərək dünyanı yaxşılığa doğru dəyişməkdir.
Nailiyyətlərimiz:
– STEP akademiya Cisco təlimçiləri yetişdirmək üçün Avropanın ən yaxşı Cisco təlim mərkəzi statusunu alıb
– STEP akademiya MDB-nin ən yaxşı Maya təlim mərkəzi seçilib
– Akademiyanın tələbələri İT üzrə nüfuzlu dünya çempionatlarında mükafatlar qazanırlar

Vakansiya haqqında.
İş şəraiti:
Hazır dərs vəsaitləri təqdim olunur
Təlim prosesində və tələbələrlə ünsiyyətdə müəllimlərə dəstək verilir
İş qrafiki- b.e.-ç.a., 3 saatlıq dərs
Rəqabətli əmək haqqı (texniki müsahibə nəticəsinə görə təyin olunur)
Təlimlər və motivasiya
Fəal kollektivdə iş

Namizədə dair gözləntilərimiz:
Figma, Sketch, Adobe İllustrator ilə sərbəst işləmək bacarığı
HTML, CSS ilə praktiki tanışlıq
Uİ elementlərin, illüstrasiyaların və ikonların yaradılması
Web səhifələrinin dizayn xüsusiyyətlərini bilmək
Oyun və mobil interfeyslərin dizaynı
Bu sahə üzrə iş təcrübəsi
Hazır portfolio, praktiki işlərin mövcudluğu

CV-nizi [email protected] ünvanında gözləyirik.

Bir cavab yazın

Back to top button