16 Yanvar 11:27

Ukrayna Elm və Texnologiya Mərkəzi 2019-cu il üçün doktorluq qrantı elan edir

Ukrayna Elm və Texnologiya Mərkəzi 2019-cu il üçün doktorluq qrantı elan edir

Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) 2019-cu il üçün doktorluq tədqiqat qrantı proqramı elan edir.

Tədqiqat kimyəvi, bioloji, radioloji və ya nüvə silahlarının inkişafı və istiqamətləri, strateji ticarət nəzarəti, milli və beynəlxalq ticarət nəzarəti sistemləri kimi sahələri əhatə edir.

Proqramda Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova universitetlərində magistr dərəcəsi almış tələbələr (vətəndaşlığından asılı olmayaraq) iştirak edə bilərlər. Müraciət etmək istəyənlər Avropa İttifaqı (Aİ) və ya Avropa İqtisadi Zonası (AİZ) universitetlərinin doktorluq proqramında qeydiyyatdan keçərək iki elmi rəhbər seçməlidirlər. Onlardan biri Aİ və ya AİZ tərəfdən, digəri isə Azərbaycan, Ukrayna, Gürcüstan və ya Moldova tərəfdən seçilməlidir.

Müraciətlər aprelin 15-dək qəbul olunur.

Daha ətraflı məlumatı http://www.stcu.int/news/index.php?id=488 linkində almaq mümkündür.

Bəyən və paylaş

Rəylər

rəy(lər)