4 Dekabr 21:16

Ümidsiz Sevgi (Şeir)

Bağışla dərsinə hazır deyiləm,

Bununçün nə vaxtım,nə zamanım var.

Vermə sual mənə” bəs nə edirdin?”

Axı mənim “ayrı” imtahanım var.

 

Əllərin çirklidir, saçın dağılıb,

İzin ver üzündən yana darayım.

Onsuz da qəmliyəm yadıma salıb,

Kədərli günlərdən xoş gün arayım.

 

Mən yaza bilmirəm, öyrət yazmağı,

Oxuya bilmirəm, birgə oxuyaq.

Əlim əllərinə, səsim səsinə,

İzin ver toxunsun, oxuyaq,yazaq.

 

Nə olar üzümə gülsən bir dəfə?

Mən də bir gecəni qoy rahat yatım.

Özümçün danışım ,özümçün gülüm,

Acılı xəyala şirinlik qatım.

 

Məncə o əllərin ağıydı sənin,

Bəs niyə ömrümü qara boyadın?

Axı müəllimdir düz yol göstərən,

Səniysə o yolu özün taladın.

 

Hazıram ölümə mən sənin üçün,

Saysalar üçə yox ikiyə hazır.

Səniysə jurnala iki yazırsan,

Bir ömür tarixə gör nələr yazır.

 

Bilirəm nə vaxtsa sən gedəcəksən,

Alacaq birisi, yoldaş edəcək.

Mənisə taleyim sevgi axtaran,

Bir qızın ömrünə bir daş edəcək.

 

Mən nifrət edirəm hər ötən günə,

Özünü aylara, ilə satacaq.

İllər də çevirib üzünü məndən,

Səni ağ yataqlı evə atacaq.

 

Geyinərkən sən də o ağ libası,

İlahi görəsən mən nə edəcəm?

Yağacaq yağışlar ,ağlar buludlar,

Özünü dağıdan selə dönəcəm.

 

Fərid

Bəyən və paylaş

Rəylər

rəy(lər)