15 Aprel 22:21

UML Faydaları Nələrdir?

UML Nədir? Faydaları Nələrdir?

UML Nədir? UML (Unified Modelling Language —  Birləşdirilmiş Modelləşdirmə Dili), İş sistemlərinin modelləşdirilməsi mövzusunda meydana çıxmış bir dildir. Ümumiyyətlə proqramlaşdırma sektorunda istifadə edilməklə bərabər, iş sistemlərini, bir prosesi və ya hər hansı bir işi qrafiklər ilə izah etmək istəyənlər istifadə edir.

UML 1997 ci ildən bu günə kimi davaml inkişaf edilib, 2015-ci ildə  UML 2.5 versiyası bir çox istiqamətdə təkminləşdirilib. Bu versiyalarla bərabər dildəki bir çox çatışmayan funksiyalar və xətalar aradan qaldırılıb.

Diaqramlar 3 hissədən ibarətdir. Behaviour Diagram (Davranış Diyaqramlar), Interaction Diagram (Qarşılıqlı təsir Diyaqramlar) və Structure Diagram (Struktur Diyaqramlar).

Behaviour Diagram (Davranış Diyaqramlar)

  1. Activity Diagram (Fəaliyət Diyaqramı): İş sistemlərinin modelləşdirilməsində istifadə edilir.
  2. State Machine Diagram (Vəziyyət Diyagramı): Cihazların vəziyyətini göstərir. gösterir.
  3. Use Case Diagram (İstifadə Diyagramı):  Modelləşdirilən bir sistemdə davranışı göstərir və sistemdəki tələbləri müəyyən etmək üçün istifadı edilir.

Interaction Diagram (Qarşılıqlı Təsir Diyaqramlar)

  1. Communication Diagram (Əlaqə Diyagramı): Sistemdəki siniflər arasında dinamik əlaqələri mesajlar vasitəsilə göstərir.
  2. Interaction Overview Diagram (Qarşılıqlı Təsirə Baxış Diyaqramı): Modelləşdirilən sistemin dinamik tərəflərini göstərmək üçün istifadə edilir.
  3. Sequence Diagram (Sıralama Diyaqramı):  Cihazların bir biriləri ilə necə əlaqə yaratdıqlarını sıralanmış mesajlar formasında göstərir.
  4. Timing Diagram (Vaxt zənciri Diyaqramı):  Mərkəzin zaman məhdudiyyətləri olduğu qarşılıq təsir diyaqramıdır.

Structure Diagram (Sruktur Diyaqramlar)

  1. Class Diagram (Sinif Diyaqramı):  Siniflərin strukturunu izah etmək üçün istifadə edilir.
  2. Component Diagram (Komponent Diyaqramı):  Proqram sisteminin, hansı komponentlərə ayrıldığını və əlaqəli olduğunu göstərmək üçün istifadə edilir.
  3. Object Diagram (Cihaz Diyaqramı): Cihazların xüsusiyyətlərini və dəyərlərini göstərmək üçün istifadə edilir.
  4. Composite Structure Diagram (Mürəkkəb struktur Diyaqramı): Xüsusilədə sinifləndirən və ətrafı ilə olan alışveriş göstərir.
  5. Deployment Diagram (Yerləşdirilmə Diyaqramı): Sistemdə istifadə edilən təchizatları və bu təchizatların içindəki komponentləri və bu komponentlərin arasındakı əlaqəni göstərir.
  6. Package Diagram (Paket Diyaqramı): Paketlər arasındakı əlaqəni göstərir.
  7. Profile Diagram (Profil Diyaqramı):  Qəlbləşmiş şəkillər, etiketli şəkillər və məhdudiyyətləri təsvir etmək üçün istifadə edilir.

UML Faydaları Nədir?

  • UML , standartlaşmış bir struktur olduğu üçün, dili bilənlər tərəfindən oxunur və eyni şəkildə şərh olunur.
  • Komanda işi eynidir
  • Proqramlardakı xətaları (bug) azaltmağa kömək edir
  • UML ilə sistem və ya proqram başda təyin olunduğu üçün təkrar təkrar dizayn və kod yazmağın qarşını alır.

Kompüter bu gün bizim həyatımızın hər bir sahəsində var. Proqram mütəxxəssisindən daha müasir bir peşə ağlınıza gəlirmi? Həmçinin, bu sahə çox dinamik inkişaf edən bir sahədir. Siz bu sahədə həmişə axında olacaqsınız. Proqram mütəxxəssisi olmaq istəyənlər üçün şərait var. STEP Kompüter Akademiyasında tədris olunan dərslərə yazıla bilər və özünüzü inkişaf etdirə bilərsiniz. Ətraflı məlumat üçün itstep.az veb saytına daxil ola bilərsiniz.

Bəyən və paylaş