11 Aprel 14:46

Ümumi (9 illik) orta təhsil bazasında keçirilən buraxılış imtahanlarının materiallarının yoxlanılma prosesi haqqında məlumat

Ümumi (9 illik) orta təhsil bazasında keçirilən buraxılış imtahanlarının materiallarının yoxlanılma prosesi haqqında məlumat

Məlum olduğu kimi, 2019-cu ilin mart ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən bütün respublika üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər üçün buraxılış imtahanlarının I mərhələsi keçirilib

3, 10 və 17 mart 2019-cu il tarixlərində cari ilin məzunları, martın 31-də isə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçirilib.

4 istiqamət üzrə keçirilən imtahanlarda ümumilikdə 115 mindən artıq şagird iştirak edib.

Bu imtahanlarda şagirdlərə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə onların bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə qapalı və açıq tipli 45 tapşırıq təqdim edilib. Bu suallardan 26-sı açıq tipli, yəni yazılı cavab vermək tələb olunan tapşırıqlardır. İmtahanın birinci mərhələsində şagirdlər hər fən üzrə maksimal 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. İkinci mərhələdə yalnız qapalı tipli tapşırıqlardan istifadə olunur. Beləliklə hər iki mərhələ üzrə 135 tapşırıqdan 109-u ənənəvi qapalı formada olan tapşırıqlardır və şagirdlər yalnız bu qapalı tapşırıqların bir hissəsinə cavab verməklə də müsabiqə şərtlərini ödəyərək orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilərlər.

Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, yazı işlərinin markerlər tərəfindən yoxlanılmasına qədər materialların emalı bir neçə mərhələdən keçir. İlk növbədə tikilmiş və kitabça formasında olan cavab vərəqləri kəsilərək “scan” olunmaq üçün hazırlanır. Daha sonra hər bir yazı işi “scan” edilir və  elektron təsvirləri əldə olunur. Bu mərhələdə proqram vasitəsilə şagirdi identifikasiya edə biləcək məlumatlar da vərəqlərdən silinərək şifrələnmə aparılır. Növbəti mərhələdə isə xüsusi proqram vasitəsilə yazı işlərinin tapşırıqlar üzrə elektron kəsilməsi həyata keçirilir və markerlərə təqdim olunur.

 

4 zona üzrə keçirilən (3, 10, 17 və 31 mart) imtahanlarda ümumi yazı işi sayı

 

FənnÜmumi yazı

işi sayı

Azərbaycan dili1094670
Riyaziyyat1179390
Rus dili (təlim dili kimi)80590
İngilis dili583470
Alman dili8232
Fransız dili13962
Rus dili (xarici dil kimi)101010
Ərəb dili336
Gürcü dili (təlim dili kimi)880
Bəyən və paylaş

Rəylər

rəy(lər)